Koronavirus qapı qulpunda da aşkarlanır

Koronavirus qapı qulpunda da aşkarlanırYeni koronavirusun tərkibində olan nuklein turşusu ilk dəfə qapı dəstəyində aşkarlanıb. Bunu Quancjou Xəstəliklərə nəzarət mərkəzi bəyan edib.

BiG.AZ xəbər verir ki, dəhşətli virus xarici mühitdə əşyalar üzərində aşkarlanır.

Bu da onun daha çox yoluxucu olmasını sübut edir. Ona görə həkimlər hər dəfə qapı dəstəyinə toxunduqdan sonra əlləri yumağı məsləhət görür.

Eləcə də virus mobil telefon səthi, komputer və klaviaturaları üzərində qalır. Bu əşyalar hər gün dezinfeksiya olunmalıdır.

Koronavirus adətən insandan insana hava damcı yolu ilə yayılır.

Eləcə də Şencjen xəstəxanasının həkimləri sübut edib ki, tualetdə də viruslar qalır, yoluxmuş xəstələrin nəcisi ilə yoluxur./Medicina.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 454   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti