Sumqayıtda yataqxanada uçqun baş verib – VİDEO

Sumqayıtda yataqxanada uçqun baş verib – VİDEOSumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 16 saylı yataqxanada uçqun baş verib.

Uçqun hadisəsi 16 saylı yataqxananın giriş hissəsində baş verib. Belə ki, istismar müddətini başa vurmuş avadanlıqların qopması nəticəsində bu ərazidə çökmə baş verib.

Sakinlər bildirib ki, artıq burdan keçmək müşkül məsələyə çevrilib.

Yataqxana sakinləri həm də deyib ki, burada ara-sıra uçqunlar baş verir. Amma budəfəki uçqun onları əməlli qorxuya salıb.

Daha ətraflı Baku TV-nin süjetində:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar