Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub - RƏSMİ

Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub - RƏSMİİyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 652   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş