MakSim komadan ayıldı

MakSim komadan ayıldıRusiyalı məşhur müğənni MakSim (Marina Abrosimova) komadan ayılıb.

BiG.AZ Oxu.az-a istinadən bildirir ki, bu barədə "Mash" "Telegram"kanalı məlumat yayıb.

Həkimlər iyunun 19-dan sünü koma vəziyyətində olan müğənninin sərbəst nəfəs alıb-almamasını müəyyənləşdirmək üçün sedativ preparatların yükünü azaltmaq və onu medikamentoz yuxudan oyatmaq qərarına gəliblər.

38 yaşlı müğənni süni tənəffüs aparatına qoşulub.

Onun vəziyyəti stabil ağır olaraq qalır. Həkimlər ümid edirlər ki, MakSim tezliklə sərbəst nəfəs ala biləcək.

Xatırladaq ki, MakSim ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə iyunun 17-də xəstəxanaya yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1212   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az