"Şəhidin "qan pulu"nu ələ keçirmək üçün yalan dedim"

"Şəhidin "qan pulu"nu ələ keçirmək üçün yalan dedim"Bakıda şəhid ailəsini aldadaraq onlara mənzil veriləcəyini vəd edib şəhidin "qan pulu"nu mənimsəyən qohumuna hökm oxunub.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Azad Rzayev əmisi oğlu Mahir Rzayevin onlara şəhid ailələri üçün yeni tikilən binadan mənzil almaq üçün 10 000 manat lazım olduğunu bildirib:

"1995-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşım Cəmil Rzayevin adına 2018-ci ildə dövlət tərəfindən 11 000 manat pul ödənilib. Mahir də evimizə gəlib şəhid ailələri üçün yeni tikilən binadan ev ala biləcəyini, lakin "şirinlik" üçün 10 000 manat lazım olduğunu dedi. Sonra Mahirlə telefonla danışanda narahatlığa heç bir səbəb olmadığını, 28 may 2019-cu ildə binanın açılışının olacağını dedi. Növbəti günlərdə sənədləşmənin nə yerdə olduğunu öyrənmək üçün zəng etdim, amma cavab vermədi. Sonuncu dəfə Naxçıvanda işləri olduğunu və Bakıya gələ bilmədiyini deyib əlaqəni kəsdi. Mahir şəhidin "qan pulu"na göz tikib mənimsədiyi üçün ona ən ağır cəzanın verilməsini xahiş edirəm".

Mahir Rzayev ifadəsində deyib ki, şəhid ailələri üçün Bakıda yaşayış binasının inşa edilib-edilməməsindən xəbəri olmayıb:

"Azadgilə "qan pulu" verildiyindən xəbərim var idi. Onlarda pul olduğunu öyrəndim, həmin vaxt da özümün pula ehtiyacım vardı. Fikirləşdim ki, Azadı aldadıb pulu ələ keçirə bilərəm. Ona zəng edib yalandan dedim ki, şəhid ailələri üçün Bakı şəhəri ərazisində inşa edilmiş yaşayış binasından mənzillər verilir. Tanışlarımın olduğunu və həmin tanışlar vasitəsilə onlara tam təmirli 3 otaqlı mənzil ala biləcəyimi dedim. Pulu onlardan aldıqdan sonra binadan mənzil alınmasında köməklik göstərməsi üçün hər hansı bir şəxsə müraciət etməmişəm, bu işdə kömək edə biləcək tanışım da olmayıb. Pulu şəxsi ehtiyaclarıma xərcləmişəm və hazırda məbləği ödəməyə imkanım yoxdur".

Mahir Rzayev Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1906   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137