Çinli idmançı tək ayaqla Olimpiya çempionu oldu

Çinli idmançı tək ayaqla Olimpiya çempionu olduÇinli ağırlıqqaldıran Li Fabin tək ayaqla Olimpiya çempionu olub.

28 yaşlı dünya və üçqat Asiya çempionu yarışdığı 61 kq çəki dərəcəsində çempionluğunu qeyri-adi hərəkətlə qeyd edib.

O, 166 kq çəkini başı üzərinə qaldırarkən sağ ayağını göyə qaldırıb. Onun fanatları bu hərəkəti "flaminqo" adlandırıb.

"Mənim çox güclü korpusum və əzələlərim var. Bu hərəkətin tamaşaçıları sevindirdiyini bilirəm, amma insanlara eyni hərəkəti etmələrini təklif etmirəm. Bu zədələnməyə səbəb ola bilər"./Oxu.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 709   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş