Kamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLAR

Kamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLAR13 iyul Buta Palace’da keçirilən möhtəşəm "Xarıbülbül"  Mükafatlandırma tədbiri Mirtalıblı Groupun rəhbəri Ləman Mirtalıblının imzasını daşıyır. Böyük qələbəyə həsr olunmuş "Xarıbülbül" mükafatı müharibə boyunca ölkəmiz üçün əlindən gələni edən, bir an belə dəstəyini əsirgəməyən vətənin layiqli oğul və qızlarına təşəkkür üçün təsis olunmuşdur. Böyük zəfərimizə həsr olunan tədbirdə həmçinin bir sıra şəxslər "Azerbaijan Best Awards" mükafatı ilə təltif edildi. Eyni zamanda "Azerbaijan Best Awards" jurnalının təqdimatı da məhz həmin gecə baş tutdu. Tədbirdə "Azerbaijan Best Awards" mükafatına layiq görülən adlardan biri də Kamilla Məmmədzadə olmuşdur. Xalq artisti Flora Kərimova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, əməkdar artistlər Gülüstan Əliyeva və Mətanət İsgəndərli, sevilən ifaçılar Roza Zərgərli, Azəriqızı Günel, Habil Əhmədov, Elnar Xəlilov kimi sevilən simalarla eyni səhnəni paylaşan Kamilla könül oxşayan səsi ilə ingilis dilində Azərbaycan mahnısını ifa edərək səhnədə göstərdiyi möhtəşəm performansı ilə tədbirin açılışını edərək yaddaşlarda iz buraxmağı bacardı. Tədbirdə Kamillanı Mədəniyyət kanalının direktor müavini Bəhruz Niftəliyev qonaqlara təqdim etdi. Kamilla 2021-ci il 29 iyunda İstanbulda keçirilən "Türkiyə Kaliite Ödülleri" tərəfindən "En iyi Çocuk Şarkıcı" mükafatına, 2021-ci il 30 iyunda  "Golden Palm Awards" mükafatına layiq görülmüşdür. Aldığı mükafatlar və qazandığı uğurlar ilə çoxlarının həsəd etdiyi Kamillanın yeni mükafatlandırmalarda qarşımıza çıxacağını bilirik. O, uğur yolunun hələ başlanğıcındadır, inanırıq ki, Kamilla hələ çox uğurlara imza atacaq, biz də bu yolda ona müvəffəqiyyətlər arzu edirik.

Kamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLARKamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLARKamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLARKamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLARKamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLARKamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLARKamilla Məmmədzadə "Azerbaijan Best Awards" mükafatına layiq görüldü - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1071   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997