Tüfənglə "selfie" etmək istədi - ÖLDÜ

Tüfənglə "selfie" etmək istədi - ÖLDÜHindistanın Hardoy şəhərinin 26 yaşlı sakini Radhika Gupta silahla "selfie" etmək istəyərkən boğazından ölümcül yaralanıb.

BiG.AZ xəbər verir ki, bu barədə "The Times of India" yazır.

Belə ki, tapançanı əlinə alan qadın onun dolu olduğunu bilmədən telefonuyla şəkil çəkmək istədiyi zaman atəş açılıb. O, ağır güllə yarasıyla xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Meyit ekspertizaya göndərilib. Onun üzərində zorakılıq izi aşkarlanmayıb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1682   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az