Azərbaycanda toyda qan düşdü: Düz ürəyindən BIÇAQLAYIB

Azərbaycanda toyda qan düşdü: Düz ürəyindən BIÇAQLAYIBİyulun 25-i saat 18 radələrində Daşkəsən rayon sakini 1998-ci il təvəllüdlü Eldəniz Namazovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan BiG.AZ-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon ərazisində təşkil olunana toy məclisində iştirak edən rayon sakini Şakir Tağıyev tanışı Eldəniz Namazov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şakir Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2074   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş