Anası həbsdə olan körpə polisə təhvil verildi - VİDEO

Anası həbsdə olan körpə polisə təhvil verildi - VİDEOAzərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından ötən gecə anasının rəfiqəsi tərəfindən tərk edilən körpə uşaq videosu yayımlayıb.

Lent.az-a məsələ ilə bağlı açıqlama verən Kəmalə Ağazadə qeyd edir ki, ötən gecə Daxili İşlər Nazirliyinin "102" xidmətinə bir xanım zəng edərək himayəsində olan uşağa baxa bilməyədiyini qeyd edib.

1 yaş 6 aylıq olduğu ehtimal edilən körpə 18-ci polis bölməsinə gətirilib.

Sədrin məlumatına görə, uşağın anası həbsxanadadır:

"Məsələ ilə bağlı ötən gecə Baş Prokurorluğa şifahi müraciət etmişəm. Günün ikinci yarısından sonra digər rəsmi qurumlara yazılı müraciət ünvanlayacam. İlkin baxış zamanı uşağın bədənində gözlə görülə biləcək hansısa xəsarət yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş