Əlləri necə doğru masaj etmək olar?

Əlləri necə doğru masaj etmək olar?Əllərimizdə çoxlu sinir ucları vardır ki, bunlar bioloji aktiv nöqtələr hesab olunur. Bu nöqtələr vasitəsilə arterial təzyiqi aşağı salmaq, baş ağrılarından xilas olmaq olar. Bundan başqa həmin nöqtələrə toxunmaqla sinir sistemini sakitləşdirmək, mədə-bağırsağın fəaliyyətini bərpa etmək də mümkündür.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bunun üçün biləkdən barmaq uclarına qədər əlləri 20-30 dəqiqə müddətinə massaj etmək lazımdır.

Əl massajının insan orqanizminə aşağıdakı faydaları vardır:

* enerjini artırır
* rahatlıq bəxş edir
* ətraflardakı ağrıları aradan qaldırır
* əzələlərin tonusunu artırır
* qan dövranını yaxşılaşdırır
* bütün orqanların fəaliyyətini artırır.

Bəzi hallarda əl massajı əks-göstərişdir:

* əllərdə çatlar və yaralar olduqda
* əllərdə göbələk xəstəliyi olduqda
* əllərdə allergik səpkilər olduqda
* əl baqmaqlarında sınıqlar olduqda
* tempratur yüksək olduqda.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 390   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş