Bakıda məhkəmə zalından qaçan şəxs saxlanıldı - FOTO

Bakıda məhkəmə zalından qaçan şəxs saxlanıldı - FOTOBakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

BiG.AZ xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.

Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.

DİN-in mətbuat xidmətindən "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.

Bakıda məhkəmə zalından qaçan şəxs saxlanıldı - FOTO12:03

Bakıda dustaq məhkəmədən qaçıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.

Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2939   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti