İtaliya polisindən Bekhem ailəsinə xəbərdarlıq

İtaliya polisindən Bekhem ailəsinə xəbərdarlıqİngiltərə millisi və "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Devid Bekhem xoşagəlməz hadisə ilə üzləşib.

BiG.AZ xəbər verir ki, eks-futbolçu ailəsilə İtaliyada istirahət edərkən polis tərəfindən xəbərdarlıq alıb.

Asayiş keçikçiləri Bekhemin yaxtasını ziyarət edərək onun 16 yaşlı oğlu Kruzun və 10 yaşlı qızı Harperin su motosikli sürmələrinin qanun puzuntusu olduğunu bildiriblər. Belə ki, İtaliyada 18 yaşadək şəxslərin bu nəqliyyat növünü idarə etməsi qadağandır.

Polislər məşhur futbolçu ilə 45 dəqiqə söhbət edib və sonda selfi çəkdirməyi də unutmayıblar. /Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1169   Tarix: 26 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş