"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar"

"Gözümü açdım ki, əlimi, ayağımı yatağa bağlayıblar""Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdum. Yaxşı ki o anda güzgüyə baxmamışam. Bütün gömgöy idim, ayaqüstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin?".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" proqramında deyib. Rusiyada koronavirusa yoluxan müğənni xəstəxanada keçirdiyi çətin anlardan danışıb:

"19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü.(axşam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5359   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar