Azərbaycanda TOY YASA DÖNDÜ: Bıçaqlanan şəxs yerindəcə öldü

Azərbaycanda TOY YASA DÖNDÜ: Bıçaqlanan şəxs yerindəcə öldüDaşkəsən rayonunda toy mərasimində bir nəfər öldürülüb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib.

Toy mərasimi zamanı qonaqlar arasında mübahisə baş verib. Nəticədə 1998-ci il təvəllüdlü Eldəniz Namazov bıçaqlanıb. O, yerindəcə keçinib.

Hadisə yerinə Daşkəsən rayon Polis Şöbəsi və Daşkəsən Rayon Prokurorluğunun əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3579   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar