Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlirTürkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüş iyulun 27-də keçiriləcək.

Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop Füzuli və Şuşa şəhərlərinə səfər etdikdən sonra isə vətənə dönəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 201   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az