TRT Deutsch: "Oxçuçay çayı Ermənistan tərəfindən çirkləndirilir"

TRT Deutsch: "Oxçuçay çayı Ermənistan tərəfindən çirkləndirilir""Alman Cronimet Holding şirkətinin fəaliyyəti nəticəsində Ermənistandan başlanğıcını götürən və Azərbaycan ərazisindən keçən Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilir".

"Report" xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "TRT Deutsch" portalı işğaldan azad edilmiş Zəngilan rayonundan hazırlanan reportajda xüsusi vurğulanıb.

Reportajda müxbir Rana Taşkoparan Azərbaycanın su ehtiyatlarının, xüsusən də Oxçuçay çayının çirklənməsindən narahatlığını ifadə edib.

Süjetdə "Cronimet Holdinq"in Ermənistandakı mədən sənayesində fəal iştirak etdiyi və bununla da Oxçuçay çayının sənaye tullantıları ilə çirkləndirildiyi qeyd olunur. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Amma görünən odur ki, Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden zavodu və mis-filiz saflaşdırma kombinatının tullantıları Oxçuçaya axıdıldığından bu çay fəlakətə çevrilib. Oxçuçayın suyunun laboratoriya analizi göstərib ki, burada böyük və təhlükəli həcmdə ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom var.

Müxbir bu şirkətin Almaniyanın Karlsruhe şəhərində yerləşdiyini və yüzdə 60 paya sahib olan Ermənistanın ən böyük vergi ödəyicisi olan Zangezur Mis-Molibden kombinatının əsas səhmdarı olduğunu diqqətə çatdırıb.

TRT Deutsch qeyd edir ki, Oxçuçay çayının Ermənistan tərəfindən mədən sənayesi tərəfindən çirklənməsi regional problemdən qlobal problemə çevrilir. Çirklənmə səviyyəsi humanitar fəlakətin astanasındadır. Bu isə, Cənubi Qafqazın ən böyük su mənbələrindən biri olan Araz çayının suyunun keyfiyyətinə mənfi təsir edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 478   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 622
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 237
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 273
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 199
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 312
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 99
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 196
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 224