Rusiyalı nazir davadan sonra vəfat etdi

Rusiyalı nazir davadan sonra vəfat etdiRusiyanın Amur vilayyətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib.

"RİA Novosti" xəbər verir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib.

Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər.

Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var idi və Rusiyada ən gənc nazirlərdən biri hesab olunurdu. O bu vəzifəyə 2021-ci ilin yanvarında təyinat alıb. (oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 968   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti