Həkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEO

Həkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOABŞ-ın Kolorado ştatının Orora şəhərinin 59 yaşlı sakini Konni Parke səhv qoyulan diaqnoza görə 15 il müddətinə görmə qabiliyyətini itirib, gözləri açılanda isə güzgüdə özünü tanımayıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Metro" yazır.

Parkenin gözündəki problemlər 2003-cü ildən yaranıb: işığa baxanda gözünün önündən qara nöqtələr keçməyə başlayıb. Oftalmoloqa müraciət edən qadına qlaukoma diaqnozu qoyulub. Mütəxəssis ona çox gec müraciət etdiyini deyərək, əməliyyatın mənasız olduğunu və zamanla kor olacağını bildirib.

Qadının görmə qabiliyyəti sürətlə azalmağa davam edib və bir neçə aydan sonra 80% pisləşib.

Demək olar, görmə qabiliyyətini tamamilə itirən Parke kor insanlar üçün nəzərdə tutulan mərkəzdə təlim keçib və sevdiyi işlərlə məşğul olmağa davam edib: konki sürüb, gəzintilərə, idman tədbirlərinə gedib, bir sözlə, gözü tutulandan qabaqkı həyatını davam etdirməyə çalışıb.

Həkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOLakin o, çomaqla gəzməkdə, təkbaşına yemək bişirib ev yığışdırmaqda çətinlik çəkib. Bütün maneələrə baxmayaraq, Parke yeni həyat tərzini qəbullanaraq yaşamağı öyrənib.

2018-ci ildə o, "UCHealth Sue Anschutz-Rodgers" oftalmoloji mərkəzdə müayinədən keçdikdə 10 il öncə qoyulan diaqnozun səhv olduğu üzə çıxıb. Məlum olub ki, əslində qadın cərrahi yolla müalicə oluna bilən katarakta xəstəliyindən əziyyət çəkib. Beləliklə, Konni əməliyyat olunub.

"Ertəsi gün sarğını açdıqlarında ilk gördüyüm şey tibb bacısının qaşlari, kirpikləri və gözləri idi. Mən ağlamağa başladım...Ən çətini isə güzgüyə baxmaq oldu, çünki qocalığım haqqında heç vaxt düşünmürdüm ", - deyə qadın hisslərini ifadə edib.

Həkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEO15 ildən sonra görmə qabiliyyəti qayıdan Parke nəhayət sevdiyi həyat yoldaşını və nəvələrini görüb.

Həkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOO, əməliyyat olunduğu mərkəzdə işləməyə başlayıb.

Həkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOHəkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOHəkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOHəkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEOHəkimlərin səhvinə görə 15 il kor qaldı, gözü açılanda özünü tanımadı - FOTO-VİDEO

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1759   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168