Tokio-2020 Yay Olimpiya Oyunları başlayır

Tokio-2020 Yay Olimpiya Oyunları başlayırBu gün Tokio-2020 Yay Olimpiya Oyunları start götürür.

BiG.AZ xəbər verir ki, 32-ci Yay Olimpiadasının bəzi yarışları iki gün öncə başlasa da, rəsmi açılış iyulun 23-də baş tutacaq.

17 gün davam edəcək ən böyük multiidman yarışında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. İndiyədək ləğv olunan yarışlar olsa da, təxirəsalmaya təsadüf edilməyib.

İkinci dəfə bu mötəbər yarışın ev sahibi olacaq Yaponiyanın paytaxtı 4 idman növü üçün ilklə əlamətdar olacaq. Karate, idman qayayadırmanması, skeytbordinq və serfinq ilk dəfə Olimpiada proqramında yer alacaq.

İştirakçı 204 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmiz 7-ci dəfə Yay Olimpiadasına müstəqil ölkə kimi qatılır. Aktivində 6 Qış Olimpiadası da olan idmançılarımızın debütü Atlanta-1996-da gerçəkləşib.

Yalnız Atlanta-1996-da qızıl medal qazanmayan idmançılarımız sonrakı 5 Olimpiadada ümumilikdə 7 çempionluq yaşayıb. Tokioya qızıl medal ənənəsini davam etdirmək üçün yollanan yığmamız 44 nəfərlik heyətə malikdir.

Olimpiadaya 13 idman növündə qatılacaq yığmamız əsas ümidləri bunlardan bir neçəsi ilə bağlıdır. Ənənəvi olaraq ölkəmizə medal gətirən güləş, cüdo və boks bu siyahının ilk pillələrində durur.

Güləş millimizin demək olar ki, hər üzvü vətənə medalla dönməyə namizəddir. Onlar arasında Mariya Stadnik, Hacı Əliyev, Şərif Şərifov xüsusi qeyd olunacaq idmançılarımızdır. İlk dəfə 9 nəfərlə Olimpiadaya yollanan cüdo yığmamızda da medal qazana biləcək təmsilçilərimiz yetərincədir. Komandanın lideri, olimpiyaçılarımızın bayraqdarı Rüstəm Orucov, həmçinin İrina Kindzerska, Kəramət Hüseynov, Zelim Kotsoyev əsas medal ümidləridir.

Hər bir üzvünün medal şansı kifayət qədər yüksək olan boks millisində Alfonso Dominqes və Lorenzo Sotomayorun şansları daha yüksək qiymətləndirilir.

Güləş, cüdo və boks kimi digər döyüş növləri taekvondo və karatedə də Azərbaycan idmançılarına ümidlər böyükdür.

Son olimpiya çempionumuz Radik İsayevin yoxluğunda belə güclü təsir bağışlayan taekvondoçularımız da Azərbaycan bayrağını qaldırmağa namizəddir. Xüsusilə də Milad Beiqi Harçeqani favoritlərdən biridir.

İlk dəfə olimpiya proqramında olan karatedə də Azərbaycan himninin səslənməsi gözləniləndir. Bu idman növünün əfsanəsinə çevrilən Rafael Ağayev turnirdə favoritlərdəndir. İrina Zaretskaya da mükafatlara iddiaçılar sırasında göstərilir.

Döyüş növlərindən başqa, triatlonda da medal gözləməyə dəyər. Hər halda, Rostislav Pevtsovun nəticələri belə düşünməyə əsas verir.

Bədii gimnastika və atıcılıqda ayrı-ayrı illərdə müsbət nəticələr qazansaq da, Tokio-2020-də medal şanslarımız o qədər də yüksək deyil. Digər növlərdə isə idmançılarımız "əsas iştirakdır" prinsipi ilə Olimpiadaya qatılacaq. Söhbət badminton, atletika, velosiped idmanı, üzgüçülük, qılıncoynatma, idman gimnastikasından gedir.

40 lisenziyaya sahib yığmamız bədii gimnastikada qrup hərəkətlərində 5 nəfərlik komanda ilə təmsil olunacaq. Güllə atıcısı Ruslan Lunyov isə Tokioda 2 dəfə medal şansını sınayacaq yeganə təmsilçimizdir.

Tokio-2020-yə yollanacaq Azərbaycan idmançıları
1. Anna Skidan (atletika, çəkicatma)
2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)
3. Mariya Stadnik (qadın güləşi, 50 kq)
4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
6. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
7. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)
9. Ruslan Lunyov (güllə atıcılığı, 25 və 50 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)
10. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi)
11. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)
12. Nazim Babayev (atletika, üç təkanla tullanma)
13. Tayfur Əliyev (boks, 57 kq)
14. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
15. Turan Bayramov (sərbəst güləş, 74 kq)
16. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
17. Anna Başta (qılıncoynatma, sablya)
18. Elis Manolova (qadın güləşi, 68 kq)
19. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
20. Fəridə Əzizova (taekvondo, 67 kq)
21. Rafael Ağayev (karate, 75 kq)
22. İrina Zaretska (karate, +61 kq)
23. Edi Reski Dviçahyo (badminton)
24. Kəramət Hüseynov (cüdo, 60 kq)
25. Orxan Səfərov (cüdo, 66 kq)
26. Rüstəm Orucov (cüdo, 73 kq)
27. Murad Fətiyev (cüdo, 81 kq)
28. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
29. Zelim Kotsoyev (cüdo, 100 kq)
30. Uşanqi Kokauri (cüdo, +100 kq)
31. Aişə Qurbanlı (cüdo, 48 kq)
32. İrina Kindzerskaya (cüdo, +78 kq)
33. Rostislav Pevtsov (triatlon)
34. Cavid Çələbiyev (boks, 63 kq)
35. Lorenzo Sotomayor (boks, 69 kq)
36. Alfonso Dominqes (boks, 81 kq)
37. Məhəmməd Abdullayev (boks, +91 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Emin Cəfərov (stend atıcılığı)
40. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 587   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641