Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdır

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdır2000-ci illər yadıma gəlir. Xarici pasport almaq istəyən yüzlərlə insan sübhdən növbə götürmək üçün "OVİR"in (Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) qarşısında toplaşırdı. Onların arasında yaşlılar da olurdu, qucağında uşaqla gələnlər də... Bəzən növbə o qədər uzun olurdu ki, hər kəsi qəbul etməyə bir iş günü yetmirdi və sən növbəti gün "bir parça" kağız üçün gəlməli olurdun. Uzun gözləntidən sonra növbəsi çatanda sənədlərdə hər hansı bir problem olduğunu öyrənən insanın halını təsəvvür etmək çətin deyil.

Bəli, 10-15 il öncə Azərbaycanda hər hansı bir arayışı almaq üçün saatlarla növbələrdə dayanmalı, bir idarədən digər idarəyə getməli, bəzən isə aylarla gözləməli idin. Lakin illər çox şeyi dəyişib, inkişaf etdirib və ASANlaşdırıb.

Artıq dünya sənin ovucunda, bir düymə qədər yaxındır. Kağız məktubların elektornlaşdığı kimi, hazırda hökumətlər də elektronlaşıb.
Zamanənin ən "brend" sözlərindən biri "digital"dır. Hər şey o qədər "rəqəmsallaşıb" ki, insanların da "rəqəmsallaşacağı" haqqında fantastik görünən Hollivud filmlərinin yaxın zamanda gerçək olacağını düşünürsən.

Bəzən bir insan, bir fikir, yaxud bir qərar bütün dünyanı dəyişə bilər. "Kəpənək effekti" kimi.

Belə ki, ilk dəfə 1993-cü ildə ABŞ da "Beynəlxalq Performans Araşdırma Mərkəzi" tərəfindən termin və fəaliyyət sahəsi olaraq tərif olunub təqdim edilən elektron hökumət Azərbaycanda ilk dəfə ölkə Prezidenti cənab İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli sərəncamından sonra "vahid pəncərə" prinsipinin tətbiqi ilə başlayıb.

2008-ci ildən etibarən sahibkarların qeydiyyatının "bir pəncərə" prinsipi üzrə aparılması bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla inzibati qeydiyyatların elektronlaşdırılmasını təmin etdi və biznesin inkişafına xeyli təkan verdi.
Daha sonra, 2012-2013-cü illərdə yenə də ölkə liderinin təşəbbüsü ilə "ASAN xidmət" mərkəzləri yaradıldı.

Demək olar, Azərbaycanda YENİ ERA elə buradan başladı. Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən bu qurumlar hər birimizin həyatını həqiqətən də ASANlaşdırıb. Necə deyələr, "adı kimi dadı var".
Bu qurumların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasındakı "məsafə"ni azaltmaq, bəzi hallarda sıfra endirmək, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Elektron xidmәt" və "Elektron hökumәt" layihәlәri rüşvәtxorluğa qarşı atılan çox önәmli addımlardır.

Elektron hökumət, onun hüquqi məzmunu və qlobal arenadakı rolundan çox danışmaq olar. Bu barədə Kənan Mədətlinin geniş araşdırmasından oxuya bilərsiniz. (http://lr.bsulawss.org/files/archive/volume3/issue1/3BakuStULRev89.pdf?)

Düşünürəm ki, informasiya texnologiyaları, xüsusilə internet vasitəsi ilə yaradılan elektron hökumətdə daha yaxşı hökumət fəaliyyətinə nail olmaq və həyatımızı asanlaşdırmaq üçün öz rahatlıqlarından keçərək gecə-gündüz bilmədən çalışanlar qoyulan məqsədə uğurla çata biliblər.
"Elektron Hökumətin İnkişafı Mərkəzi"nin yaradılması ilə Azərbaycanda Elektron dövlət anlayışı yeni mərhələyə qədəm qoydu.

Bu gün innovasiyalar mərkəzi çərçivəsində "Çağrı Mərkəzi", "ASAN Kommunal", "Səyyar ASAN", "INNOLAND", "ASAN Radio", "ASAN Təlim", "AZINTEX", Elektron Hökumətin İnkişafı Mərkəzinin nəzdində isə "e-Gov" ("MyGov"), "ASAN Login", "ASAN Finans", "ASAN Pay", "ASAN Visa", "e-Agro", "e-Satınalma", " E-Lisenziya", "e-Sosial" kimi layihələr həyata keçirilir və "Elektron Hökumət" portalı üzərindən 500 yaxın sosial xidmət təklif olunur.

Məsələn, "myGov" portalında (www.mygov.az) qeydiyyatdan keçməklə (https://youtu.be/YzD7Dpc4KW0) siz öz şəxsi kabinetinizi yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatlarınızla tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatların doğruluğunu təsdiqləyə, həmçinin məlumatların digər qurumlara ötürülməsi prosesini tənzimləyə, hətta haqqınızda olan məlumatlara düzəlişlər edə bilərsiniz. Burada göndərilən müxtəlif bildirişlər də sizin işinizi asanlaşdırır. Çox yaxşı haldır ki, məlumatlarınız şəxsi kabinetinizdə yalnız sizə görünür.

Kredit və sığorta təşkilatlarına dəstək mexanizmi olan "ASAN Finans" sayəsində də müştərilər vaxta, maliyyə qurumları isə öz resurslarına qənaət edə bilirlər.

"Rəqəmsal Jurnalistikaya doğru - 2" proqramı çərçivəsində keçirilən müsabiqədə 2-ci yeri tutan Rüfət Seyidovun yazdığı məqalədən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. (https://www.digital.gov.az/digitalazerbaijan/az/blog/66/maliyye-sektorunde-reqemsal-heller-asan-finans-ve-diger-layihelerin-tetbiqi-neticesinde-xidmetlerin-elektronlasdirilmasi)

Zamanəmizdə bir çox xidmətlər özləri sizin "ayağınıza gəlir". Hər şey necə də ASANdır! Nə növbə var, nə kağız-kuğuz, nə "süründürməçilik". Artıq nəhəng bir hökumət sizin cibinizdədir.

Elektronlaşma xüsusən pandemiya dövründə öz faydasını qabarıq şəkildə göstərdi: distant təhsildən tutmuş "SMS-icazə"lərədək elektron xidmət hər sahədə işimizə yaradı.

Düzdür, hələ də bir sıra sahələrin və xidmətlərin elektronlaşdırılmasına, bəzilərinin isə təkmilləşdirilməsinə zərurət var.
Bununla bağlı "Perspective" hüquq və məsləhət xidməti şirkətinin direktoru Vəli Məmmədov öz məqaləsində gözəl təkliflər irəli sürüb: (https://www.digital.gov.az/digitalazerbaijan/az/blog/68/azerbaycanda-elektron-hokumet-yeni-cagirislar-astanasinda)

1.Maliyyə sektoru üzrə (kredit əməliyyatları üzrə xidmətlər),

2. Səhiyyə sahəsində ("eTibbi Kart" və ya Xəstəlik tarixçələrinin elektronlaşıdırlması xidməti, əlilliyi olan şəxslərə, tənha və ahıl vətəndaşlara xüsusi elektron tibbi çağırı xidməti, ümumrespublika dərman reyestrinin və mərkəzləşdirilmiş dərman preparatları deposunun elektronlaşdırılması ("e-DərmanDeposu"), evdə müalicə alan xəstələrə tibbi konsilium və tibbi məsləhət xidmətinin elektronlaşdırılması, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına elektron tibbi xidmətlər ("Sağlam YAŞAT") və s),

3. Məhkəmə sistemi üzrə (Vətəndaşların məhkəmə orqanları ilə qarşılıqlı təmaslarının tamamilə elektronlaşdırılması),

4. Notariat xidməti üzrə (Onlayn Notariat - məsləhət xidməti (yazılı və görüntülü)),

5. Sahibkarlarla iş üzrə (Sahibkarlara xidmət göstərən şirkərlər (fərdi mühasiblər) üzrə "Asan İmza" kartlarının sinxronlaşdırılması)

"Rəqəmsal Jurnalistikaya doğru - 2" proqramı çərçivəsində keçirilən müsabiqədə 3-cü yeri tutan Yeganə Nəbiyeva da maraqlı məqamlara toxunub. (https://www.digital.gov.az/digitalazerbaijan/az/blog/69/paytaxtdan-kenarda-reqemsallasmaya-at-arabasi-ile-gedirler-bolgelerde-elektron-dovlet-xidmetlerinin-tesviq-edilmesinin-helli-yollari)

O, nəğd ödənişlərin hələ də qaldığını, əksər bələdiyələrin adının Hökumət Ödəniş Portalında olmadığını, smart sayğacların mexaniki sayğaclarla dəyişdirildiyini, regionlarda hələ də köhnə avtobusların fəaliyyət göstərdiyini və ödənişin kartla yox, ənənəvi şəkildə edildiyini, POS-terminalların yalnız iri marketlərdə olduğunu deyərək bu istiqamətlərdə təkliflərini irəli sürüb.

Lakin qürurverici haldır ki, kiçik nöqsanların olmasına baxmayaraq, elektron hökumətin inkişafı indeksinə görə 193 ölkə arasında Azərbaycan artıq 70-ci yerdə, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında isə ilk üçlükdədir.

BMT-nin ötən ilki hesabatında "online" xidmətlərin inkişafını göstərən indeksə (OSİ) görə, Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə "yüksək indeksli" dövlətlərin qrupuna daxil edilib. Ölkəmiz elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta Rika, Çexiya kimi dövlətlərlə birlikdə "yüksək liqa"ya aid olunub.

Azərbaycanda yaradılan "İdeya Bankı" elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilib. Vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə yol açmaqla yanaşı, dövlətin qərar qəbul etməsi prosesində bilavasitə iştirak edirlər.

Elektron hökümət quruculuğunun daha da təkmilləşdirilməsi üçün Azərbaycan beynəlxalq təcrübədən nümunə götürməkdən əlavə, vətəndaşlar arasında mütəmadi sorğular keçirməli, tənqid, təklif və tövsiyələri nəzərə almalıdır.

Düşünürəm ki, bu sahədə tədqiqat və layihə mərkəzləri qurulmalıdır. Könüllülər və peşə sahibləri üçün vebinarlar təşkil etmək, onları da öz çevrələrində eyni mövzuda təlim keçirməyə həvəsləndirmək, həmçinin, tədqiqata marağı olan intellektual gəncləri Elektron Hökümətin İnkişafı Mərkəzindəki layihələrə cəlb etməklə qısa müddətdə daha uğurlu nəticələrin əldə olunacağına inanıram.

Bunu da vurğulayım ki, rəqəmsal hökumət vətəndaş-mərkəzlidir. Burada daha böyük uğurların əldə olunmasında hər birimizin rolu var. Ən azından, bu sahədə məlumat toplayıb ətrafımızdakıları da məlumatlandırmaqla insanlara faydalı ola, onların da həyatlarının asanlaşmasına yardım edə bilərik. Xüsusən də bölgələrdə yaşayanların maarifləndirilməyə ehtiyacları var.

Bölgələrdə "ASAN Xİdmət"in asanlaşdıran fəaliyyətinin əhəmiyyətini isə "Rəqəmsal Jurnalistikaya doğru - 2" proqramı çərçivəsində keçirilən müsabiqədə 1-ci yeri tutan Nicat Nəsirli öz məqaləsində kənd sakininin dilindən mükəmməl şəkildə izah edib. (https://www.digital.gov.az/digitalazerbaijan/az/blog/63/elektron-hokumeti-cibindeki-telefonda-gezdiren-kend)

Bir sözlə, güc birlikdə olduğu qədər BİLİKDƏdir. Yenilikləri öyrənib öyrətməklə daha güclü ola bilərik.

"Dördüncü hakimiyyət" sayılan jurnalistlər də rəqəmsal jurnalistika dövründə geniş imkanlardan istifadə edib bu sahədə töhfələrini verə bilərlər.

"Bir nəfər nə edə bilər?" deyə düşünməyək. Bir qərarla bir dövlət dəyişib ASANlaşa bilirsə, sən də dünyanı və insanların həyatını ASANlaşdıra bilərsən.

Nikola Tesla elektrik lapmanı icad edib dünyanı sözün əsl mənasında işıqlandırdı. Bill Geyts "Microsoft"u qurdu, Mark Zukerberq "Facebook"u yaradıb qlobal dəyişikliklərə səbəb oldu...

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdır22 iyul 1875-ci il tarixində böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycan milli mətbuatının təməlini qoyub. Bu gün 146 il sonra da məhz 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdırÇox uzağa getməyim. Bu yaxınlarda olduğum 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramı çərçivəsində keçirilən seminarda çıxış edən "ASAN Radio"nun direktoru Emin Musəvi və texnobloger Fərid Pərdəşünasdan danışım.

Emin Musəvi 1997-ci ildə Şahzadə Diananın qəzaya uğraması barədə məlumatı operativ şəkildə xarici mətbuatdan radio vasitəsi ilə Azərbaycan əhalisinə çatdırmaqla rəqəmsal jurnalistikaya ilk addımları atanlardan olub.

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdırFərid Pərdəşünas isə, gənc yaşlarına baxmayaraq, 44 günlük Vətən müharibəsində yaratdığı "bot"lar vasitəsilə sosial mediada düşmənlə ciddi şəkildə "vuruşub" və Ermənistanda böyük səs-küyə səbəb olub.

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdırBu misallardan çox çəkmək olar. Belə insanlardan ilhamlanaraq, yeniliklərə, kreativ düşünməyə can atın.

Startaplarla iş üzrə ekspert Tengiz Ağakişiyevin qeyd etdiyi kimi, yeni ideyalarınızla bağlı "İNNOLAND" (http://innoland.az/) portalına da müraciət edib dəstək ala bilərsiniz.

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdırNəinki bir nəfər, hətta Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun dediyi kimi, bəzən "The Medici Effect" kimi bir kitab da insanın həyatını və düşüncələrini dəyişə bilər.

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdırDüşüncələr dəyişsə, insan dəyişər, insan dəyişsə, ətrafını və hətta dünyanı dəyişə bilər. Ümid edirəm ki, yazdığım bu məqalə də oxucularda müəyyən müsbət dəyişikliklərə səbəb olacaq.

Gözəlliyə doğru dəyişmək və dəyişdirmək diləyi ilə...

Sonadək oxuduğunuz üçün TƏŞƏKKÜRLƏR :)

Qeyd: Bu məqalə 3-cü "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb.

Sən dünyanı ASANlaşdıra bilərsən, çünki yeni dünyada hər şey ASANdırNatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 984   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549