III Dünya müharibəsi başlana bilər - Lukaşenkodan PROQNOZ

III Dünya müharibəsi başlana bilər - Lukaşenkodan PROQNOZAvropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu "Sky News Arabia"ya müsahibəsi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, bildirib ki, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Savaşın başlıca iştirakçıları isə Belarus, Rusiya və Çin olacaq.

Prezident əlavə edib ki, Avropa dövlətlərini ittiham edərkən o, sadə avropalıları deyil, "ağılsız siyasətçiləri" nəzərdə tutur və günahı onlarda görür.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 919   Tarix: 21 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslarim.az kurslar