Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur? - AÇIQLAMA

Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur? - AÇIQLAMADövlət çörəyin qiymətinin bahalaşmaması istiqamətində tədbirlər görür. Lakin əksər mağazalarda 30 qəpiklik zavod çörəyi tapmaq mümkün deyil. Çəkisindən asılı olaraq, təklif olunan çörəyin qiyməti 40-50 qəpikdən başlayır. Çörəyin gündəlik istehlak olunan məhsullardan olduğunu nəzərə alsaq, bu da aztəminatlı ailələrin dolanışığına müəyyən qədər təsir göstərir.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən millət vəkili Vüqar Bayramov çörəyə olan tələbin ödənilməsində yerli istehsalla yanaşı, idxalın payının da kifayət qədər olduğunu bildirib. Onun sözlərinə görə, idxaldan asılılıq azaldılsa, taxıl istehsalçıları ilə yanaşı, un, çörək və un məmulatı istehsalçılarına müəyyən güzəştlər edilsə, o zaman çörəyin qiyməti də optimallaşar: "Nəzərə alsaq ki, pandemiyadan əvvəlki il Azərbaycan 1 milyon 396 min ton buğda idxal etmişdi, bu, 297 milyon dollar vəsaitin xərclənməsi deməkdir. Eyni zamanda, buğda idxalı ilə yanaşı, Azərbaycan xarici ölkələrdən buğda unu da idxal edib. Bu da ondan xəbər verir ki, bütövlükdə una və taxıla tələbatın ödənilməsində idxal yenə xüsusi paya malikdir. Tələbin tamamilə yerli istehsal hesabına formalaşa bilməməsi qiymətlərə təsir göstərən faktorlardan biridir. Eyni zamanda, ölkədə yetişdirilən taxılın bir hissəsi un məqsədilə alınmır. Bunun da əsas səbəbi keyfiyyət göstəricilərinə uyğun olmamasıdır. Nəticə etibarilə də bu, sahibkarların xərcinə birbaşa təsir göstərir. Təbii ki, çörək Azərbaycanda gündəlik istehlak olunan məhsullardan biridir və onun qiymətinin artmasının istehlak bazarına psixoloji təsirləri var. Bu baxımdan, çörəyin qiymətinin aşağı salınması və ya stabilləşməsi baxımından ilk növbədə idxaldan asılılığın aradan qaldırılması çox vacibdir. Bunun üçün fermerlərin taxıl fondu tərəfindən alına biləcək keyfiyyətli taxıl istehsalının təşfiqi üçün də işlərin genişləndirilməsinə ehtiyac var. Taxıl strateji məhsul olduğu üçün ona 2 dəfə daha çox subsidiya ödənilir. Amma daha məqsədəuyğun olardı ki, subsidiya mexanizmi genişləndirilsin. Yalnız taxıl yetişdirən deyil, un, çörək və çörək məmulatları istehsal edən saibkarlar da müəyyən güzəştlərdən faydalansınlarlar. Onlara güzəştlərin edilməsi, xərclərin də azalmasına gətirib çıxaracaq. Dolayı yolla bu da çörəyin qiymətinə təsir edəcək. Daha məqsədəuyğun olardı ki, bu istiqamətdə təşfiq pakertlərinin genişləndirilməsi müzakirə olunsun".

Trend-ə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, çörəyin qiyməti tənzimlənən qiymət deyil və dövlətin çörəyin qiyməti üzərində bəlli bir nəzarət mexanizmi yoxdur: "Sadəcə, Azərbaycanda çörək həssas əmtəə hesab olunduğundan, əksər hallarda dövlət çörəyin qiymətinin bahalaşmaması üçün əlində olan alətlərdən istifadə edir. Məsələn, taxıla, una ƏDV-nin tətbiq edilməməsi, çörək istehsalının vergi yükünün azaldılması və s. Bu, mümkün qədər çörək istehsalında maya qiymətinin aşağı düşməsini təmin edir. Beləliklə, cəmiyyətdə belə bir təəssürat yaranıb ki, çörəyin qiyməti tənzimlənəndir. Lakin dediyim kimi, qiymət tənzimlənən deyil, burada qərar verən tərəf birbaşa olaraq istehsalçıdır. Bu gün 30 qəpiklik çörəyin istehsalı texniki cəhətdən müəyyən qədər çətinlik yaradır. Həmin çörəklər çox quru və çox kiçik olduğundan, keyfiyyət baxımından digərlərindən geri qalır. Buna görə də əksər hallarda istehsalçılar belə çörəyi istehsal etməkdən çəkinirlər. Belə olduğu təqdirdə, 30 qəpiklik çörək dövriyyədən yığışdırılır və əvəzində satışa təxminən eyni ölçüdə 40 qəpiklik çörəklər çıxarılır. Əksər hallarda istehlakçılar birbaşa çörəyin qiymətinə diqqət edirlər. Amma nəzərə almaq lazımdır ki, maya dəyərinin artması istənilən formada çörəyin çəkisində öz əksini tapır. İstehsalçılar çəkini azaltmaqla maya dəyərində yaranmış təzyiqləri neytrallaşdırmağa çalışır ki, bu da normal haldır.

Ekspert onu da bildirib ki, Azərbaycan cəmiyyətində çörək faktoru kifayət qədər şişirdilib: "Təsəvvür edin ki, çörəkdən başqa gündəlik istehlak olunan çox sayda digər məhsul və xidmət növləri də var. Bu məhsul və xidmət növlərinin ailə büdcəsinin formalaşmasındakı xüsusi çəkisi çörəklə müqayisədə daha çoxdur. Bir nəfər ay ərzində ən yaxşı halda 25 ədəd çörək istehlak edə bilər. Hətta bəzən bu, 20-dən də azdır. Çörəyin qiymətinin 10 qəpik dəyişməsi onun aylıq xərcinin 2-2,5 manat artmasına gətirib çıxarır. Hansı ki, digər məhsulların qiymətləri sürətlə artır və bunun onların aylıq büdcəsində təsiri daha böyükdür. Nədənsə psixoloji faktor kimi çörək faktoru cəmiyyətdə daha çox müzakirə olunur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələ ilə bağlı Trend-ə açıqlama verib. Bildirib ki, çörəyin qiymətinin artması ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün 4-5 telefon zəngi daxil olur: "Əhali bilməlidir ki, azad bazar iqtisadi şəraitində çörəyin qiyməti sərbəstdir. Kim neçə qramlıq çörəyi neçəyə istəsə, sata bilər. Lakin sosial çörək dediyimiz 30 qəpiklik zavod çörəyi də var. Bu çörəyin qiymətini sabit saxlamaq üçün dövlət iş aparır. Onların qiymətində dəyişiklik olmayıb. Əgər belə getsə, onların bir çoxu bahalaşacaq. Bolluq, azad rəqabət şəraiti yaratmaq lazımdır ki, qiymətlər aşağı düşsün. Çörəyin qiymətinin qalxmasında əsas səbəbkarlardan biri marketlərdir. Təəssüf ki, markertlərlə bağlı güclü iş aparılmır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 21 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140