"Pul üçün toylara gedirəm" - Samirə Əfəndi

"Pul üçün toylara gedirəm" - Samirə Əfəndi"Şəxsi münasibət haqqında danışa bilmərəm, çünki heç özüm də bilmirəm cavabını. Mənim üçün önəmli olan anlaşma, etibar və inamdır. İstər ailə, istər şəxsi, istər iş, bütün münasibətlərdə insanlar bir-birini tamamlamalıdır. Münasibətdə tərəflər bir-birini əzməməlidir. Sənət və ailə - ikisi birlikdə çətin deyil. Amma bilmirəm gələcəkdə sənətdə olacam, ya yox?".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Samirə Əfəndi "Üzə düz" proqramında deyib. Sənətçi bildirib ki, ona ən yaxşı dəstəyi anası verir:

"Anam mənim üçün nümunədir. Valideynlərimdən aldığım dəstəyi heç kimdən ala bilmərəm. Onlar mənə heç vaxt sərhəd qoymurlar, yanımda olublar, seçim azadlığı veriblər. Çünki evin içində sən həm evin uşağı, həm də başqa Samira olursan. Uşağı nə qədər sıxmaq olar, mən artıq uşaq da deyiləm axı. İnsan səhv də, düz də olsa, özü cavabdeh daşımalıdır yaşadıqlarına. Hər şey etibar, güvəndən asılıdır. Düzgün tərbiyə almışam. Bəxtim onda gətirdi ki, mənim əhatəm doğru insanlarla zəngindir. Yalandan qaçıram. Sənətə təzə gələndə anamın bir sözü var idi ki, qızım, sən hazırsanmı bütün bu dedi-qodu, söhbətlərə? Kimsə sevəcək, kimsə sevməyəcək. Psixoloji hazırsansa, başla. Yox əgər səhhətinə ziyan verəcəksən, hardasa qırılacaqsansa, mən "yox" deyirəm sənətinə. Kimsə nəsə deyəndə, yola verirəm".

Samirə toylara getdiyini də söyləyib:

"Amma onu yaradıcılığımın pik nöqtəsi hesab etmirəm. Sadəcə, gəlir yeri kimi baxıram. Çünki bizdə konsert mədəniyyəti hələ ki, yaxşı inkişaf etməyib. Bizdə mən özüm üçün bir gecə keçirirəmsə, özüm məkan təşkil edirəm. Bu çox çətin və düzgün deyil. Gənc ifaçı kanala çıxır pul ödəyir, amma xarici ölkələrdə bunun əksini görürük. Mənim bütün qrafikim toyla zəngin deyil, buna vaxtım da yoxdur. Toy, xına, ad günü məclislərinə gedirəm, amma seçərək. El şənlikləri olmalıdır ki, bizim də gəlir yerimiz olsun"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2372   Tarix: 21 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 524
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1782
.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14.04.2024 443
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 792
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1276
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

11:15 169
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 965
.

Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın" - VİDEO

Müğənni Təranə Qumral qızı və kürəkəni ilə "Rəngarəng səhər" verilişinin qonağı olub. xəbər verir ki, sənətçinin Fidanlı adlı qızının musiqiçi həyat yoldaşı aparıcının sualına verdiyi cavabla diqqət çəkib. O, xanımının evdə uşaqlara baxmasını və müğənni olmasını istəmədiyini bildirib. Həya

14.04.2024 1075
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 6915