Gənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildi

Gənc aktrisaya qarşı seksual xarakterli hərəkətlər etmiş taksi sürücüsü polis bölməsinə gətirildiXəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.

Bu məsələ öz məntiqi davamını tapıb.

Belə ki, L.Süleymanova özünün "İnstagram" səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları ilə bölüşüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.

Xanımın bildirdiyinə görə, "Bolt" taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2919   Tarix: 18 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar