Ronaldinyo Neymarı öz varisi elan etdi

Ronaldinyo Neymarı öz varisi elan etdiBraziliya millisi və "Barselona"nın keçmiş futbolçusu Ronaldinyo Neymarı öz varisi elan edib.

Goal.com xəbər verir ki, o, bu barədə Braziliya ilə Argentina yığmalarının Amerika Kubokundakı final qarşılaşması öncəsi danışıb.

"Heç şübhəsiz ki, Neymar mənim varisimdir. O, seçmədə bir nömrədir. Neymar aldadıcı fənlər zamanı da cəsarətili qalmaqda davam edir",- deyə Ronaldinyo bəyan edib.

Qeyd edək ki, sözügedən matç Neymarın komandası üçün məğlubiyyətlə nəticələnib və 1:0 hesablı qələbə ilə Argentina "Copa America"nın sahibi olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 701   Tarix: 11 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş