Şəhriyar Məmmədyarov Kasparova qalib gəlməsi haqqında: "28 ildir gözləyirdim…"

Şəhriyar Məmmədyarov Kasparova qalib gəlməsi haqqında: "28 ildir gözləyirdim…""28 ildir sahmatla məşğul oluram. Hər zaman ən sevdiyim şahmatçı Kasparov olub".

Bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov öz sosial media hesabında yazıb.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour"un blits yarışının VI turunda 13-cü dünya çempionu Harri Kasparovu cəmi yeddi gedişə məğlub etməsini şərh edib:

"Onun oyunları inanılmaz olub. 28 ildir hər zaman Kasparovla oyunu gözləyirdim və cəmi yeddi gedişə qalib gəldim. Bu isə hər dörd ilə iki gediş deməkdir! Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiz? Sizləri cox sevirəm, dəstəyiniz üçün. O, dahi şahmatçıdır. Biz isə tarixin bir parçası".(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 492   Tarix: 11 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş