AVRO-2020: İngiltərə Futbol Assosiasiyası cərimələndi

AVRO-2020: İngiltərə Futbol Assosiasiyası cərimələndiUEFA İngiltərə Futbol Assosiasiyasını cərimələyib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Londondakı "Uembli" stadionunda Danimarkaya qarşı Avropa çempionatının yarımfinal oyunu zamaı yerli azarkeşlərin rəqib komandanın qapıçısı Kasper Şmeyxelin üzünə lazer işığı salması, himnə hörmətsizlik etməsi və priotexniki vasitələrdən istifadəsi səbəb olub.

Nəticədə quruma 30 000 avro cərimə kəsilib.

Qeyd edək ki, sözügedən görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə millisi finalda İtaliya yığmasına rəqib olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 339   Tarix: 10 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş