Onu virusa yoluxduran dostu eyni xəstəlikdən öldü, oğlunun şad xəbərindən komaya düşdü - Ələkbər əmi haqda 10 qeyri-adi fakt

Onu virusa yoluxduran dostu eyni xəstəlikdən öldü, oğlunun şad xəbərindən komaya düşdü - Ələkbər əmi haqda 10 qeyri-adi faktBiG.AZ Kulis.az-a istinadən hamının Ələkbər əmi kimi tanıdığı Ələkbər Əliyev haqda 10 maraqlı faktı təqdim edir.

1. 1983-cü ildə Ələkbərin atası Adıgözəl kişini Binəqədi şosesini keçəndə "Volqa" markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir, göz yaşları axıdıb deyir: "Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın". Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndə icazə alıb evə gəlir, sürücünün yalvarışlarına ürəyi dözmür, anasına deyir: "Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil". Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir. Atası qəzadan sonra yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir.

2. Həyat yoldaşı Afaq xanımın anası ilə Ələkbərin anası bir yerdə işləyiblər. Ələkbərin anasının Afaqdan xoşu gəlir, qızın anası ilə qərara alırlar ki, gəncləri bir vasitə ilə görüşdürsünlər. Bir axşam Yaqut xala oğlunu da götürüb gələcək gəlinigilə gedir. Ələkbər ilk baxışda Afaqın xoşuna gəlməsə də, ikinci görüşdə onu bəyənir.

3. Uroloji xəstəxanada əməliyyat keçirmişdi. "Qətl günü" tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz etmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədirlər. Ələkbər azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirir, telestudiyaya təcili həkim çağırırlar.

4. 2002-ci ildə Ələkbər Hüseynov Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə Parisdə keçirilən böyük tədbirlərdə iştirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl diş həkimi olan dostunun yanına yollanır ki, ağrılı dişdən canını qurtarsın. Fransaya gedir, gələndən sonra ailəsini də götürüb Yessentukiyə dincəlməyə gedir. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri əla gedirdi. Amma həmin ilin sonlarında səhhəti pisləşir.

5. Günü-gündən rəngi saralır, gözlərinin içində də sarılıq əmələ gəlməyə başlayır. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda "Hepatit C" virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda yoluxub? Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Artıq qara ciyəri şişməyə başlamışdı. İllər sonra onu yoluxduran həkim özü də eyni xəstəlikdən dünyasını dəyişir.

6. Evdə olanda internetə girər, maraqlı məlumatlarla tanış olarmış. Bir gün yenə internetə girir və anasını yanına çağırıb deyir: "Görürsən, ana? Burda yazılıb ki, bu virusa tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar. Mənim üç ilim başa çatmaq üzrədir. Ana, mən öləcəm..."

7. Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət edir. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verilir.

Onun üçün hesab nömrəsi açılır. Lakin Ələkbərin antibiotiklərə həssas olduğundan bədəni dərmanları qəbul etmir. Bu xəstəliyin tələb etdiyi çoxsaylı və güclü antibiotiklərlə onu müalicə eləmək qeyri-mümkün olur. Onun ömrünü az da olsa uzatmağın bir yolu qalırdı: yüngül vasitələrlə onu saxlamaq, xəstəlik hallarının gərginləşməsindən qorumaq.

8. Uşaqlar onu çox sevirdilər. Balaca bir qızcığaz yeməyini yemək istəmirmiş. Anası deyir, yeməyini yeməsən, Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

9. 90-cı illərdə aktyor maddi sıxıntılar çəkir, amma deyir, mən öz peşəmə xəyanət edib, başqa yolla pul qazana bilmərəm. Nəhayət, qərar verir ki, bağçalara, məktəblərə şaxta baba obrazında getsin. Televiziyada, daha geniş kütləyə tanınandan sonra isə şəhərin məşhur klublarında öz komandası ilə birgə çıxış etməyə başlayır. Bəzən gün ərzində 5 seans konserti olur. Onun hamısını yüksək səviyyədə başa vurur, pulunu alın təri ilə qazanır. Ölümündən az öncə Polşada ona 1968-ci ildə təsis olunan "Təbəssüm" ordeni verildi. Bu, dünyada yeganə orden-mükafatdır ki, laureatını uşaqlar müəyyən edir.

10. İyulun 29-da oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca deyir ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb "Ura!" işarəsi göstərir və həmin andan komaya düşür. 2007-ci il iyulun 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə cəmi 3 gün yaşayır. Avqustun 2-də dünyasını dəyişir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4244   Tarix: 10 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 274
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

15:30 63
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 703
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21.04.2024 201
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 195
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 259
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 416
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 331
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 482