Mahir Emrelinin anası: "Oğlum dedi ki, ana, qürurlandınmı?"

Mahir Emrelinin anası: "Oğlum dedi ki, ana, qürurlandınmı?"Azərbaycan millisinin üzvü Mahir Emreli yeni klubu "Legiya"da rəsmi debüt oyununda iki qol vurub. O, dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsində səfərdə "Bude-Qlimt"ə (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunda fərqlənib. Mahir Emrelinin anası Elnurə Emreli Qol.az saytına müsahibəsində oğlunun bu uğuru, Polşa klubuna transferi və Avropa həyatı barədə danışıb.

- Oğlunuz Mahir Emreli dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Bodo Qlimt"ə iki qol vurdu. Bu oyunu izlədinizmi və bir ana kimi hansı hissləri keçirirsiniz?

- Təbii ki, oyunu izlədim. O hissləri yaşamaq lazımdır. Sözlə izah etmək mümkün deyil.

- Bəs, oyundan sonra Mahirlə danışmısınızmı? Mahirin sizə dediyi ilk sözlər nələr oldu?

- Bəli, matçdan sonra Mahirlə danışdım. Mənə türkcə dedi ki, "Annem, qürurlandınmı?" (Ana, qürurlandınmı? – red.)

- Mahirin "Legiya"da perspektivini necə qiymətləndirirsiniz?

- Bu, futboldur. O qədər eniş-yoxuşlar olur ki. Biz hər duruma alışmışıq. İnşallah, Mahir zədə almasa, motivasiyası yerində olsa, hər şey yaxşı olacaq.

- Bir valideyn kimi yəqin ki, Mahir üçün darıxırsınız. Bəs, gələcəkdə ailəsinin Mahirin yanına köçmək kimi bir planı varmı?

- Təbii ki, onun üçün darıxıram. Amma əsas odur, Mahir darıxmasın. Hər gün vaxt olduqca danışırıq. Sabah da bacısı Ayşə onun yanına gedir. Buna görə də bir az rahat olacaq. Mən də buradakı işlərimi yekunlaşdırdıqdan sonra Varşavaya gedəcəyəm.

- Ümumiyyətlə, əvvəlcə Mahirin "Legiya"ya transferini necə qarşıladınız? Heç tərəddüd etdinizmi?

- Xeyr. Tərəddüd etmədim. Onsuz da arzumuz Mahirin transfer olunması, legioner həyatı yaşaması idi. Həm də ona 30-dan çox klubdan transfer təklifi gəlmişdi. Lakin Mahir özü "Legiya"ya keçmək istədi.

- Bəs, həmin 30 klubdan bir neçəsinin adını çəkə bilərsinizmi?

- "Aud Lyeven" (Belçika), "Mexelen" (Belçika), "Rakuv" (Polşa), "Puşkaş" (Macarıstan), "Riu Ave" (Portuqaliya), "Zyulte Vareqem" (Belçika), "Şturm Qrats"ın (Avstriya) adını qeyd edərdim.

- Mahirin peşəkar klub kimi ilk komandası "Qarabağ" olub. Klubun və Qurban Qurbanovun Mahirin bir futbolçu və şəxsiyyət kimi formalaşmasında rolunu necə qiymətləndirirsiniz?

- "Qarabağ" Mahirin ikinci evi, ailəsidir. Mən öz İnstaqram hesabımda da Mahirin transferi ilə bağlı paylaşım etmişdim. Orada qısa fikirlərimi, duyğularımı yazmışdım. Qurban hoca Mahirin karyerasında, şəxsiyyət kimi formalaşmasında rolu olan insanlardan birincisidir. Onun Mahirin üzərində çox böyük haqqı var.

- Bəzi azərbaycanlı futbolçular xaricdə oynayarkən ölkələri, yaxınları üçün çox darıxdığını söyləyir, sonra da vətənə qayıdıblar. Buna görə də legioner karyeraları yarımçıq və uğursuz alınıb. Bəs Mahirlə bu mənada durum necədir?

- Biz bu mənada çətinlik çəkmirik. Çünki Mahir uşaqlıqdan səfərlərdə olub. O, "darıxıram" deyən kimi yanında oluruq. Həm də Mahir bir neçə dildə danışa bilir, dünyagörüşü yaxşıdır. İnsanlarla ünsiyyət qurmaqda problemi yoxdur. Qarşısındakı insanın dilində danışa bilir. Dayılarının uşaqları da onu dəstəkləyirlər. Hamımız Mahirləyik. Qısaca, hər şey qaydasındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1964   Tarix: 08 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 225
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24.03.2024 346
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 275
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 504
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24.03.2024 322
.

"Qarabağ"ın futbolçusu hakimi söydüyü üçün cəzalandırıldı

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. "Report"un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməs

26.03.2024 521
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 274
.

"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib

İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavi Ernandesi postunda saxlamağa çalışacaqlarını etiraf edib. "Report" xəbər verir ki, yerli AS nəşrinə açıqlama verən funksioner mütəxəssisin Kataloniya təmsilçisində qalacağına ümid etdiyini söyləyib. "Onunl

31.03.2024 340
.

"Qarabağ" futbolçularına görə heç bir klubdan təklif almayıb

"Qarabağ" heç bir futbolçusuna görə təklif almayıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:. "Biz də bu xəbərləri mediadan oxuyuruq

29.03.2024 443