Avtomobil qəzasına düşən Oktay Gülalıyevin vəziyyəti yaxşılaşır - VİDEO

Avtomobil qəzasına düşən Oktay Gülalıyevin vəziyyəti yaxşılaşır - VİDEOİki il öncə avtomobil qəzasına düşərək, ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətindəki müsbət dinamika davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

Görüntülərdən məlum olur ki, Oktay Gülalıyevin vəziyyəti yaxşılaşır.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, Oqtay Gülalıyev vurulub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, həmin ilin noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 25 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş