Lənkəranda silahlı insident zamanı iki nəfər ÖLDÜRÜLDÜ

Lənkəranda silahlı insident zamanı iki nəfər ÖLDÜRÜLDÜLənkəranda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Havzava kəndində baş verib. İlkin məlumata görə, silahlı insident qohumlar arasında olub. Yerli sakinlərdən biri (ad və soyadı dəqiqləşdirilir-red) münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirib.

İnsidentin təfərrüatları hələ məlum deyil.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1303   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş