Zorlayıb dörd uşaq dünyaya gətirməyə məcbur edən ögey atasını güllələdi

Zorlayıb dörd uşaq dünyaya gətirməyə məcbur edən ögey atasını güllələdiValeriya Bakonun səs-küyül və qalmaqallı məhkəməsi Fransanın Burqundiya şəhərindən olan münsiflər və hakimlər tərəfindən müzakirə olunur.

BiG.AZ Lent.az-a istinadla verdiyi xəbərə görə, qızın hekayəsi çox acınacaqlıdır, amma bu, bir insanı öldürdüyü üçün ona bəraət vermir. Hər şey 12 yaşlı Valeriyanın spirtli içki aludəçisi olan anası və ögey atası Deniel Polettlə birgə yaşamasından sonra başlayıb. Atalığı mütəmadi qızı zorlayıb, anası isə buna göz yumub. Ancaq Valeriya ədalətə nail olmağı bacarıb - ögey ata cinsi əlaqə və pedofiliyaya görə həbs edilib.

Üç il sonra azadlığa çıxan kişi 15 yaşlı Valeriyanın yaşadığı həmin evə qayıdıb. Polett qızı ələ salmağa davam edib, təcavüzlərə döyülmə də əlavə edilib.

"Mənim vecimə deyil", - Valeriyanın anası deyib. Qız 17 yaşında hamilə qalıb. Bundan sonra ögey atası onunla başqa evə köçüb və onunla evlənib. İndi Valeriyanın getmək üçün yeri yox idi. Canavardan hər gün işgəncə və təhqirlərə məruz qalaraq dörd uşaq dünyaya gətirib.

Uşaqları göndərərək jandarma ilə əlaqə qurmağa çalışıb, lakin Valeriyanın özünün gəlməsini tələb ediblər.

Ancaq özbaşına gələ bilməzdi - bazar və mağazalar xaricində evdən başqa bir yerə çıxması qadağan edilmi.di və Polettanın dostları və qohumları hər yerdə ona casusluq edirdilər. Qıza kiminləsə danışmaq da qadağan edilibmiş.

Bir neçə il sonra Polett pensiyaya çıxıb və başqa gəlir əldə etmək barədə düşünüb – Valeriyanın bədəni ilə alver etməyə başlayıb.

Kişi arvadını maşınla boş yerə aparıb və arxa oturacaqda pul qazanıb. Müştərinin çətin bir xarakterli olması ehtimalını nəzərə alaraq Polettanın həmişə yanında tapança olub. Belə gecələrdən birində Valeriya özünü saxlaya bilməyib, tapançanı götürərək ərini güllələyib.

40 yaşlı Valeriyanın böyük oğlanları atalarının cəsədini gizlətməyə kömək ediblər. Lakin bir il keçəndən sonra cəsəd tapılıb və Valeriya həbs olunub.

Həbs olunub, lakin ictimaiyyət səs-küy qaldırıb - dünyanın hər yerindən insanlar qatili deyil, qurbanı, küncə atılmış hesab edərək Valeriyanın sərbəst buraxılması üçün bir vəsatət imzalayıblar.

Bu iş 4 ilə yaxın araşdırılıb, qadın hətta bir etiraf kitabı nəşr etdirməyi də bacarıb. Nəhayət, məhkəmə prosesi başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5302   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş