"Sevda Ələkbərzadənin tamaşaçısı yoxdur"

"Sevda Ələkbərzadənin tamaşaçısı yoxdur""Bir də şansım olsa, heç vaxt bu sənəti seçmərəm. Çox çətin sənətdir. Paxıllıqlar var. Düzdür, bu, bütün sahələrdə var, amma bizim sənətdə daha çoxdur. Üzünə gülənlər, arxanca danışanlar sənətidir bura. Bu camiyədə vicdanlı, şərəfli olmaq təəssüf ki, kök altındadır. Baxmayaraq ki, Xalq artistiyəm. Bax, bu nüanslara görə hərdən bu sənətdən uzaqlaşmaq istəyirəm".

BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Samir Cəfərov "Üzə-düz" proqramında deyib. Müğənni sənətdən yorulduğunu, peşman olduğunu deyib:

"Qəlbimi qırırlar, amma hər kəsin öz qisməti var. Heç kim qismətindən artığını görmür. Qismət həm də insanın xarakteridir. Xarakterdə yaltaqlıq, xəyanət varsa, o da bir qismətdir. Ad üçün çalışmadım. Sənət üçün çalışdım. Mənə deyirlər, Rəşid Behbudovun, Bülbülün davamçısı. O sözdən heç xoşum gəlmir. O sözü deyən adam Rəşidə də, Bülbülə də çox böyük hörmətsizlik edir. Davamçı o deməkdir ki, o, hansı işi yarımçıq qoyub, onu davam etdirirlər. Mən o fikirlə razı deyiləm. Diktor Rafiq Hüseynov, Roza Cəlilovanın davamçısı ola bilməz! Onlar heç bir işi yarımçıq qoymayıb".

S.Cəfərov Əməkdar artist Sevda Ələkbərzadədən bəhs edib:

"Azərbaycanda avropalılar, dünya üçün Sevda Ələkbərzadə qədər maraqlı ifaçı ola bilməz. Yoxdur. Kimsə çıxsın səhnəyə bütün dünyanı lərzəyə gətirsin, yox. Sevda Avropa, dünya estrada janrını mənimsəyib, muğam janrını da əlavə edə bilir. Azərbaycanı estrada tərəfdən dünyada təmsil edəcək müğənni Sevda Ələkbərzadədir. İkinci bir şəxs görmürəm. Sevda Ələkbərzadə onların edə bilmədiklərini edir, onlardan da yaxşı edir. Bu gün Sevdanın maddiyyatı güclü olsaydı, o indi dünyanı tutmuşdu. O adamın tamaşaçısı yoxdur. Onun zövqündə tamaşaçı yoxdur, nə etmək olar?".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2403   Tarix: 23 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 402
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1423
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 764
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 659
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 427
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1850
.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 1052
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 443
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 816