Toylarla bağlı bunları etmək mütləqdir - VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Toylarla bağlı bunları etmək mütləqdir - VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında dəyişiklik edərək iyulun 1-dən etibarən toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verdi.

Bununla yanaşı, ictimai iaşə obyektlərinin monitorinqləri həyata keçiriləcək. Yəni 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də daxildir.

Məhz Dövlət Vergi Xidmətinin bu məsələ ilə bağlı hansı rolunun olduğunu aydınlaşdırmaq üçün DVX-nin Baş idarə rəisinin müavini Namiq Dərgahova müraciət etdik.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə danıçan N.Dərgahov bildirdi ki, DVX ilə Elektron Hökumətin informasiya məkanı arasında sıx əməkdaşlıq qurulub: "Digər dövlət qurumları ilə mübadilə birbaşa olaraq həmin məkan üzərindən həyata keçirilir. Bu gün hökumətin qəbul etdiyi qərarda bir neçə dövlət qurumunun bu sahəyə birgə nəzarətinin təşkil edilməsi nəzərdə tutulub. Bununla əlaqədar artıq müəyyən işlərin icrasına başlanılıb. Texniki məsələlərlə bağlı artıq dairə müəyyən olunub. DVX vergi ödəyicilərinin və onların uçot məlumatlarının daim aktuallığına nəzarət edir. Bunun üçün digər qurumlardan elektron informasiya mərkəzinə daxil olan məlumatların böyük rolu var. Ötən dövrlərlə müqayisədə bu il vergi nəzarəti ilə bağlı görülən tədbirlərin sayı dəfələrlə aşağı düşüb. Bu, elektronlaşmanın, qurumlararası əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasının, məlumatların vergi ödəyicisindən deyil, qurumlardan əldə olunmasının, eləcə də bu sahədə vaxtın düzgün əldə edilməsi və riskli vergi ödəyiciləri istisna olmaqla, digər ödəyici qruplarla artıq məsafədən işlərin təşkil edilməsinin nəticəsidir".

DVX rəsmisi vergi ödəyicilərinə müraciət edərək qeyd etdi ki, şənliklərin keçirilməsi sahəsində fəaliyyət göstərən məkan sahibləri mütləq qaydada bu fəaliyyət barədə öz uçot ərizə məlumatlarına diqqət etməlidirlər: "Faktiki fəaliyyətlə uçot ərizə məlumatları arasında hər hansı bir uyğunsuzluq varsa, bununla əlaqədar DVX-yə yeni ərizə forması təqdim olunmalıdır. Daha aydın olsun deyə, qeyd edim ki, vergi ödəyicisinin faktiki fəaliyyəti şadlıq evidir, amma uçot ərizə məlumatlarında digər sahə qeyd oluna bilər. Bu halda, həmin vergi ödəyicilərinin müraciəti icazə.e-gov.az portalında məhdudlaşdırılacaq. Ona görə də faktiki fəaliyyətlə uçot ərizə məlumatları tamlıq təşkil etməlidir. Bu, həm də vergi ödəyicilərinin qanunvericiliklə nəzərdə tutulan vəzifəsidir".

N.Dərgahov əlavə etdi ki, hazırda şənliklərin keçirilməsi fəaliyyəti ilə bağlı vergi ödəyicilərinə bildirişlərin hazırlanaraq göndərilməsi prosesi gedir: "Artıq bildirişin forması hazırdır. Yəqin ki, qısa zamanda, bu həftə ərzində bu fəaliyyət üzrə bütün vergi ödəyicilərinə bildirişlərin göndərilməsi, vergi orqanlarında həmin vergi ödəyiciləri ilə metodiki olaraq yaxından dəstək istiqamətində işlər həyata keçiriləcək. Nazirlər Kabinetinin qərarında subyekt kimi muzdlu işçilər və dövri əsasla bu fəaliyyətə cəlb olunan şəxslər göstərilib. Yəni vergi ödəyiciləri tək muzdlu işçilər barədə deyil, həm də mülki müqavilə əsasında cəlb olunan şəxslər barədə də məlumatı təqdim etməlidirlər.
İctimai iaşə sahəsində bu gün sabit qəbzlə fəaliyyət göstərməli olan vergi ödəyiciləri var. Bunlar dövri əsaslarla, fərdi qaydada fəaliyyət göstərən fotoqraflar, musiqiçilər, ofisiantlardır. Bizim bütün bu vergi ödəyicilərindən xahişimiz ondan ibarətdir ki, bu sahədə mütləq qaydada sabit qəbzin əldə edilib-edilməməsi məsələlərinə fərdi qaydada nəzarət eləsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3132   Tarix: 22 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144