Çay içə-içə siqaret çəkən kişiləri bu xəstəlik gözləyir - Qida borusunda....

Çay içə-içə siqaret çəkən kişiləri bu xəstəlik gözləyir - Qida borusunda....Bir çox xəstəliklərə səbəb olan siqaret çayla birlikdə istifadə edildiyi zaman daha təhlükəli olur.

BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, araşdırmalar zamanı bunun qida borusu xərçənginə səbəb ola biləcəyi məlum olub.

Daxili xəstəliklər mütəxəssisi, qastreontoloq və hepatoloq Yüksel Gümürdülünün sözlərinə görə, dünyada xərçəng növləri arasında 6-cı yerdə duran qida borusu xərçənginin ilk əlaməti qidanın udulmasında çəkilən çətinlikdir.

O, siqaret çəkməklə yanaşı isti içki qəbul edənlərin daha çox risk qrupuna daxil olduğunu qeyd edib.

"Bu, adətən gec bilinən, gizli gedən xəstəlikdir. İlkin ərəfələrdə qatı yeməklərdə baş verən çətin udqunma hissi xəstəlik irəlilədikcə sulu yeməklərdə də yaranır. Bir müddət sonra isə xəstə heç udquna bilmir, mədə ağrısı, arıqlamaq, sinə hissəsində yanma hiss və ağrı, səsinin getməsi, qanama, öskürək, boğulma kimi əlamətlər üzə çıxır. Həm siqaret, həm isti içki, hərəsi təklikdə həyat üçün riskdir. İkisinin birlikdə istifadəsi isə bu riski iki dəfə çoxaldır", - deyə hepatoloq vurğulayıb.

Gümürdülü xəstəliyin yaranma səbəblərindən də bəhs edib:

"Orqanizmdə A, B, C, E vitaminləri, maqnezium, sink, selenium olmaması xəstəliyin başlıca yaranma səbəblərindəndir. Meyvə və tərəvəzlərdən kifayət qədər istifadə edilmədikdə də bu risk payı artır".

Həkim qorxunc xəstəliyinin müalicə növündən də danışıb:

"3 üsulla müalicə edilir. Şüalanma, cərrahi, kimyaterapiya. İlkin ərəfələrdə cərrahi üsul daha uğurlu alınır. Əgər xəstəlik ətrafa yayılıbsa bu zaman şüalanmadan istifadə edirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 843   Tarix: 21 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1140
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1100
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1018
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 398
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 819
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 811
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 299
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23279
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 595