Ermənilər Xankəndindəki evlərini niyə satıb gedirlər? - AÇIQLAMA

Ermənilər Xankəndindəki evlərini niyə satıb gedirlər? - AÇIQLAMA"Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri bəllidir və Paşinyanın partiyası qalibdir. Bununla da erməni xalqı müharibəyə yox, sülhə, əməkdaşlığa dəstək olduğunu bildirib".

Bu sözləri Sonxeber.az-a açıqlama verən deputat Elman Nəsirov deyib.

O bildirib ki, münaqişə siyasi cəhətdən həll olunsa da, bəzi məsələlərin həllinə yenidən ehtiyac var:

"Erməni mətbuatında belə xəbərlər yayılır ki, Xankəndindəki ermənilər evlərini satıb oranı tərk edirlər. Ermənistan əhalisi sadəcə pandemiyanın bitməsini və quru sərhədlərin açılmasını gözləyir. İHazırda əhalinin maddi imkanı təyyarə ilə xarici ölkəyə uçmağa çatmır. Ona görə də quru sərhədlər açılan kimi Ermənistan əhalisi ölkəni tərk edəcək. Bunu biz demirik, erməni ekspertləri və ziyalıları deyir.

Eyni proses Xankəndində də cərəyan edir. Əhali görür ki, Ermənistanın istər keçmiş, istər indiki hakimiyyəti ölkəni uçuruma aparır. Belə olan halda isə insanların gələcəyə inamı qalmır. Müharibədə Azərbaycan tarixi qələbə çaldıqdan sonra Ermənistan panikaya düşdü. Bu ölkədə özünəqəsd halları artır, insanlar, özlərinin həyatı pis olsa da, övladlarını Ermənistandan çıxarmaq istəyirlər. Bütün bu məsələlərdə Azərbaycanın mövqeyi bəllidir. Xankəndində əli silahlı bir nəfər də erməni qalmamalıdır. Orada yaşayan mülki əhali Azərbaycan vətəndaşlarıdır, Azərbaycan pasportunu daşıyacaqlar, dilimizi öyrənəcəklər və digər etnoslar kimi, eyni hüquqlara malik olacaqlar. Bu da onların gələcəkləri üçün böyük təminatdır".

Deputat vurğulayıb ki, bizim üçün əsas olan tez bir zamanda böyük qayıdışın həyata keçirilməsidir:

"Xankəndində əhalinin evlərini satması, onların alınması məsələlərinin zamana ehtiyacı var. Bu gün isə əsas vəzifə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi və soydaşlarımızın o ərazilərə böyük qayıdışını təmin etməkdir. Bundan sonra isə Xankəndi ilə bağlı məsələlər öz həllini tapa bilər. Xankəndində bir nəfər belə olsa, azərbaycanlı yaşamır və bu gün oradan ev alsalar belə, yaşamaqları real deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 978   Tarix: 21 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti