Sıla ilə Ahmet Kural davasında gözlənilməz qərar

Sıla ilə Ahmet Kural davasında gözlənilməz qərarMüğənni Sıla 2018-ci ildə eşq yaşadığı aktyor Ahmet Kuralın Zekeriyaköydəki evində döyüldüyünü, təhdid edildiyini deyərək məhkəməyə müraciət etmişdi.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, o, Kural haqqında 1 ildən 5 ilə qədər həbs istəyib. 16 ay 20 gün həbs cəzası alan Ahmet haqqındakı qərar apelyasiya məhkəməsi tərəfindən ləğv edilib.

Sıla keçmiş sevgilisini məhkəməyə verdikdən sonra qarşı tərəf onun hadisədən bir neçə saat sonra oxuyub, oynayan videosunu yayımlayıb. hadisədən 18 saat sonra çəkildiyi deyilən görüntülər məhkəməyə təqdim edilib. Orada isə ifaçının qolundakı izlərin olmadığı aşkarlanıb.

Psixoloq Cem Mumcuyla görüşdüyünü, onun istəyi ilə mahnı oxuduğunu deyən Sıla "Həmin an lentə alınan video mediada yayıldı. Elə təqdim edildi ki, şiddət görməmişəm, yalan danışıram" sözlərini söyləyib.

Sıla daha sonra Ahmet Kuralın vəkili Sibel Aydını məhkəməyə verərək, görüntülərin təhrik edildiyini bildirib. Hakim isə Adilin günahı təsdiqlənsə də ona cəza verməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1254   Tarix: 21 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti