"Allah təala bu həyatda mənə 3 şey verdi, birincisi..."

"Allah təala bu həyatda mənə 3 şey verdi, birincisi..."Əməkdar artist Ruhəngiz Allahverdiyeva Moderator.az-ın suallarını cavablandırıb.

-Ruhəngiz xanım, öncə sizi salamlayıram. Pandemiya nisbətən yüngülləşib, bu mühit sizin işlərinizi görməyinizə mane olurmu?

-Bizim işimiz nə idi ki?!Toy idi də. Toy yoxdursa nə edək?Azərbaycanda toy çox böyük bir biznesdir, görün toylardan nə qədər insan ailəsinə qazanc aparırdı. Şou proqramlar var təkcə, mən heç birində yoxam, getmirəm.

-Dəvət gəlir getmirsiz yoxsa?

-Dəvət deyəndə ki, bu işləri prodüsserlər görür. Mənim prodüsserim yoxdur, təbii ki, məni də o şou proqramlarda görmək istəyənlər var. Qonaq getmişəm də, oxumuşam da deyiblər ki, yeni yerlər çox açılıb, gəlin oxuyun, amma məsafə çox uzaqdır, sərf etmir mənə.

-Heç vaxt prodüsseriniz olmayıb?

-Prodüsserim heç vaxt olmayıb.Sadəcə olaraq hər zaman yanımda ya qardaşım olub, ya da oğlum. Heç bir ölkəyə tək getməmişəm. O zaman heç belə şeylər yox idi.

-Maddi qazancınız heç bir yerdən gəlmirsə necə dolanırsız?

-Az miqdarda pensiya və əməkdar artist fəxri adıma görə aldığım məvaciblə dolanıram. Kimlərsə gedib Rusiyada işləyirlər, sözün düzü mənə də dəvət var amma getmirəm.

-Buna səbəb nədir?

-Biri var bir gün gedib toy oxuyub gələsən, bir də var aylarla gedib oxuyasan. Mən övladlarımı qoyub uzunmüddətli Rusiyaya toylara gedə bilmərəm.

-Geyimlərinizin dizayn və əlavələrini yenə də özünüz edirsiz?

-Böyük ölçülü geyimlərimi kiçildə bilirəm, üstünə əlavələr edirəm, dizayn verirəm. Bir də mən gözəl saç düzümləri edirəm. Adi günlərdə sadə edirəm, durub xüsusi günlərdə də özüm etsəm bəlkə bərbərdən də gözəl edərəm.Çox istedadlarım var. Əlimdən hər cür iş gəlir. İnstaqramda səhifəmi izləsəniz görərsiniz ki, əl işlərimi də orada paylaşıram.

-Sənətçilərimizin yaşayışı da fərqli olur. Geyimləriniz parıltılıdır, hər zaman səhnədə göz qamaşdırırsız. Bəlkə də bir çoxları düşünür ki, sizin maddi vəziyyətiniz də çox yaxşıdır. Amma bilirəm ki, bu baxımdan sıxıntılarınız var, hətta şəxsi avtomobiliniz belə yoxdur.

-Bir dəfə Speys radiosunda "Yanar saat" verilişində idim. Aparıcı mənə bu mövzuda bir neçə sual verdi və söhbət əsnasında mən də danışdım. Verilişdən sonra kimsə mənə avtomobil açarı göndərmişdi. Bilmirdim kimdir, verilişin aparıcısı Anar mənə dedi ki, bu açarlar sənin üçün gəlib. Bu hər bir xanıma nəsib olmur ki, adını bilmədən, üzünü görmədən kimsə sənə təmənnasız nəsə hədiyyə edir. Mənə olan bu hörmət və sayğıya görə tanımadığım insana min dəfə təşəkkür etdim və açarı geri qaytardım. Elə bildim ki, avtomobili mən sürdüm, məndədir.

-Siz taksilərdən istifadə edirsiz, toylara da ziyafət geyimi ilə qatılırsız. Bəzən ziyafət geyimində taksiyə əyləşib getmək həqiqətən də sizin üçün çətin olur. Kompleks yaşamırsız?

-Bu mənim sadəliyimdir. Allah məni belə yaradıb, məni bu mühitdən, bu xasiyyətdən heç kim döndərə bilməyəcək. Bu günləri nazir qızı da, padişah qızı da olsaydım belə olacaqdım. Əgər gözəl sənətkarımız Zeynəb Xanlarova kimi də olsaydım bu xasiyyətdə olacaqdım. Mənim sadəliyimi heçnə dəyişə bilməz. Mənə belə yaşamaq çox rahatdır. Bəlkə də Allah təala mənim ruhumu kiminsə bədənində təcəssüm etdirib dünyaya göndərəcək, onu da mən bilmirəm. Bu gün mən yaşayıramsa özümün insanlığımdan, vicdanımdan istifadə edirəm.

-Gəlin etiraf edək ki, geyim və mahnı seçiminiz bu günki zəmanəyə uyğun olsa da xasiyyətiniz bu günə uyğun deyil.

-Zatən mənim xasiyyətim hər zaman belə olub. Demirəm ki, müasirlik olmasın, biz ondan istifadə etməyək. Müasirlik o deyil ki, hamı soyunub ortalığa düşməlidir. Gəlin texnikadan götürək. Zamanla biz ütünü qoyub qızdırardıq, saçımızı ütülüyərdik, şirinçayla saçımızı burardıq. Vaxtilə bunlar bizə bir kömək oldu. İndi bunları müasir üsullarla həll edirik. Bu müasirliklər pis deyil.Amma elə müasirliklər var ki, onlardan biz istifadə etməsək yaxşıdır.

-Ruhəngiz xanım, instaqram sosial şəbəkəsində də çox aktivsiz.

-Necə gəldi şəkillər paylaşıram. Yani ürəyim nə istəyirsə, kimin şəkilini istəyirəmsə yayımlayıram. İnstaqram üçün xüsusi fotosessiya etmirəm. Bəzən deyirlər ki, sil o fotoları, sən bilirsən kimsən? Deyirəm ki, kiməm?Əstağfurullah, Allah deyiləm ki. Mən hamı kimi adi insanam. Hamı kimi dünyaya gəldim, qismət olsa da hamı kimi dünyamı dəyişəcəm. Allah təala bu həyatda mənə 3 şey verdi. Birincisi mən hər zaman böyüklərə sayğı göstərdim, danışığımı, oturuşumu bildim və heç vaxt pulun hərisi olmadım. Pul hamıya lazımdır, mənə də lazımdır. Neçə min kilometr dərinlikdə, dəryanın dibində olan canlıların ruzisini verən Allah sənin ruzini də mütləq verəcək. Hər zaman bunu düşündüm və yoluma davam etdim.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3403   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352