Masallıda 66 yaşlı kişi intihara cəhd etdi

Masallıda 66 yaşlı kişi intihara cəhd etdiMasallıda intihara cəhd olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Kürdəbaz kəndində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Kamal Bulud oğlu Xəlilov yaşadığı evdə özünü asıb. Lakin bu zaman kəndir qırıldığından ailə üzvləri bundan xəbərdar olub. K.Xəlilov yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 464   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş