Sloveniyadan peyvənd olunmadan gələn turistlər üçün karantin QƏRARI

Sloveniyadan peyvənd olunmadan gələn turistlər üçün karantin QƏRARISloveniya hakimiyyəti pisləşən epidemioloji vəziyyəti olan ölkələrdən gələn koronavirus əleyhinə peyvənd edilməmiş bütün turitlər üçün məcburi karantin tətbiq edilməsi barədə qərar verib.

Karantin bütün epidimioloji vəziyyətin səviyyəsini bildirmək üçün istifadə edilən qırmızı və tünd qırmızı siyahılarda olan ölkələrdən gələn səyahətçilərə şamil ediləcək.

Hazırda bu siyahılara 75 ölkə və ərazi daxildir ki, bunlardan bir neçəsi Braziliya, Böyük Britaniya, Niderland, İrlandiya, Türkiyə, Belarus və Rusiyadır.

Bu ölkələrdən gələn bütün müsafirlər sərhəd polisi əməkdaşlarına koronavirus testinin mənfi nəticəsini təqdim etməli və 10 gün karantində qalmalıdırlar.(Sonxeber.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 440   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az