Şamaxıda gənc yol qəzasında ağır yaralandı

Şamaxıda gənc yol qəzasında ağır yaralandıŞamaxı rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Əhmədov Elçin Maksud oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Gəncin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 593   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş