Bu məhsulları birlikdə yeməyin

Bu məhsulları birlikdə yeməyinSüd məhsullarının ət yeməkləri ilə birlikdə istifadə olunması zərərlidir.

Bu barədə endokrinoloq, qidalanma üzrə mütəxəssis Tatyana Boçarova danışıb. O, "RİA Novosti"yə verdiyi müsahibəsində bildirib ki, ət və süd məhsulları eyni yeməkdə bir yerdə olmamalıdır.

"Həqiqət budur ki, pendirdə, qaymaqda, süddə və qatıqda olan kalsium dəmirin udulmasını orta hesabla 50-60% azaldır. Uşaqların, hamilə qadınların, anemiya diaqnozu qoyulmuş xəstələrin qidalanmasından danışarkən bunu nəzərə almaq vacibdir", - ekspert əlavə edib.

Eyni zamanda qəhvə, çay, çörək, kartof, qarğıdalı və makaron da ətdə olan dəmirin sovrulmasını azaldır. Nişasta ilə zəngin qidalarla ət yemək sürətli kökəlməyə səbəb olur.(publika.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1776   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş