Qadın futbolçularla bağlı maraqlı etiraflar - Rus qapıçı danışır

Qadın futbolçularla bağlı maraqlı etiraflar - Rus qapıçı danışırMoskva ÇSKA-sının və Rusiyanın qadınlardan ibarət milli komandasının üzvü Elvira Todua maraqlı açıqlamalar verib.

BiG.AZ fanat.az-a istinadla xəbər verir ki, 35 yaşlı qolkiper "YouTube"dəki "Comment Show" kanalına müsahibəsində kişi futblçulardan fərqli olaraq qadın futbolçulara oyunlardan əvvəl cinsi əlaqəyə icazə verildiyini bildirib:

"Qadın futbolçuların oyundan əvvəl cinsi əlaqəyə girməsi normaldı. Amma kişi futbolçulara qadağan edilib. Bunun səbəbini anlaya bilmirəm".

Elvira Todua hamiləlik dövrü ilə bağlı da danışıb: "ÇSKA ilə müqaviləmizdə bu barədə maddə var. Hamiləlik dövrümüzdə klub bizə maaş ödəyir. Amma başqa klublarda belə deyil. Futbolçu hamilə olanda müqaviləsini ləğv edirlər".

Qeyd edək ki, DÇ-2010-da Fabio Kapellonun başçılıq etdiyi İngiltərə millisi də daxil olmaqla bir çox komandada futbolçulara sekslə məşğul olmaq qadağan edilmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1070   Tarix: 20 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az