"Buna dözməyin yolu gülüşdür, yoxsa həyat cəhənnəmə dönər"

"Buna dözməyin yolu gülüşdür, yoxsa həyat cəhənnəmə dönər""Bəzən kədərə dözməyin yolu gülüşdür. Yoxsa həyat cəhənnəmə dönər".

BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa izləyicilərini pozitiv olmağa səsləyib:

"Gülün əzizlərim. Həyatda nə qədər haqsızlıqlarla qarşılaşsanız da pozitivə yüklənin. Çünki dərd çəkməklə heç bir problem həll olunmur. Bu, sizi yalnız xəstəliyə düçar edər. Həyatınızı zəhərləyən insanlardan uzaq olun, ətrafınızda kimsə qalmasa belə. Özünüzlə dost olun, sevin, əzizləyin. Həyat mübarizədir. Bu mübarizədən qalib çıxmağın yolu pozitivlikdir"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1041   Tarix: 16 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti