"Depressiyaya düşdüm, psixoloqa getdim, buna layiq deyildim"

"Depressiyaya düşdüm, psixoloqa getdim, buna layiq deyildim""Gələn bütün təkliflərə baxıram. Polşaya, Yunanıstana, Norveçə, Türkiyəyə dəvət edirlər. Hamısına gedəcəm. Demet Akalın mənimlə duet oxumaq istədiyini dedi. Hər təklifə müsbət yanaşmaq lazımdır. Həmən durub edəcəm".
Bu sözləri "Eurovision 2021" təmsilçisi Samirə Əfəndi "özəl" proqramında deyib. Müğənni yaşadığı depressiyadan danışıb:

"Eurovision"da bütün qapılar üzümə bağlanırdı. Depressiyaya düşürdüm. Psixoloqa gedirdim, deyirdim, niyə belə olur? O da deyirdi sən çalış, çalışdım və qapı üzümə açıldı, iki il də qaldı. İnsan depressiyaya qapanmamalıdır. Düzdür, bir tərəfdən üzülürəm, mən buna layiq deyildim. Azərbaycan bu yerə layiq deyildi, orada elə çıxış etdik ki, hamı bizə yaxınlaşırdı, diqqət çəkmişdik. Komanda pis olsaydı, heç kim bizlə danışmaq istəməzdi, dünya mediası müsahibə almağa can atmazdı".(axşam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1919   Tarix: 13 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az