DİQQƏT! - Konservləri hansı hallarda istifadə etmək olar? - Xərçəng və...

DİQQƏT! - Konservləri hansı hallarda istifadə etmək olar? - Xərçəng və..."Konservləşdirmə qədimdən mövcuddur və sənayeləşmə artdıqca konserv məhsullarından istifadə də artır. Bu günlərdə demək olar ki, bütün növ məhsulların konservləşdirilmiş formasına rast gəlmək mümkündür."

BiG.AZ bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında həkim-terapevt Elfanə Süleymanova bildirib.

"Ət və balıq konservlərində diqqət etməli olduğumuz məqam hansılardır? Məsələn, onların tərkibinə dadlandırıcılar, emulqatorlar, nitrat kimi konservantlar qatılır. Bunlar isə insan orqanizmi üçün çox ziyanlı maddələrdir. Sadaladığımız bu maddələr qaraciyərin toksiki yüklənməsinə, mədəaltı vəz və öd yollarında fermentlərin həddən artıq ifrazına, bağırsaq mikroflorasının dəyişməsinə səbəb olur. Hətta bunlar əzələ və sümük toxumasında toplanaraq əlavə fəsadlar yarada bilir. Balıq məhsullarından hazırlanan konservlərdə ağır metal yüklənmələri çox olur. Bu səbəbdən də hesab edirəm ki, sözügedən qidalar azyaşlı uşaqlara və hamilə qadınlara qadağan olunmalıdır."

Elfanə Süleymanova qeyd edir ki, konservləşdirilmiş qidaların metallik qablarda saxlanması onların ağır metallarla yüklənmə faizini artırır. Bu isə dəri və saçda problemlərə səbəb ola bilər:

"Konservləri istifadə edərkən üzərində yazılan qida dadlandırıcılarına diqqət yetirin. Bu təhlükəli dadlandırıcılar onkoloji xəstəliyin yaranmasına səbəb ola bilər.

Tərəvəz və digər qidaların konservləşdirilməsində diqqət yetirməli olduğumuz məqamlar bunlardır: nə vaxt qablaşdırılıb və saxlanma müddəti nə qədərdir? Unutmayaq ki, qida uzun müddət boyunca saxlanılırsa öz dəyərlərini itirir.

Həkim deyir ki, son zamanlar hazırlanan konservləşdirilmiş qidalarda bakterial yüklənmənin daha azdır. Hansı ki, keçmişdə bu cür yükləmələr daha çox müşahidə edilib. Bəs problem tamamilə həll edilibmi? Təəssüf ki, xeyir. Elfanə xanımın sözlərinə görə, konserv məhsullarında botulin çöpləri kimi anaerob infeksiyalarına da rast gəlinir:

"Ümumiyyətlə, hər qida mövsümündə yeyilsə yaxşıdır. Lakin əgər hər hansı tərəvəz və ya meyvəni uzun müddət saxlamaq istəsənizsə bunun da ən təhlükəsiz variantından istifadə etməlisiniz. Məsələn, buzlaşdırılma üsulu qida dəyərlərini daha uzun zaman qoruya bilir. Amma unutmayaq ki, bir dəfə buzu açılmış qidanın təkrar buzlaşdırılması bakterial cəhətdən olduqca təhlükəlidir. Bu qidanın toksikoinfeksiyasına səbəb ola bilər. Konservlərdən istifadə zərurəti yaranarsa şüşə qabda olan konservlərə üstünlük verməyiniz məsləhətdir."

Həkim - dietoloq Vüsalə Tağıyeva qidalanma zamanı təbii məhsulların seçməyi məsləhət görür:

"Günümüzdə konservləşdirilmiş məhsullardan istifadə edənlər çoxdur. Təbii qidalar kimi konserv qidalarında da əhəmiyyəti var. Uzun müddət və davamlı istifadə etdikdə isə orqanizm üçün bəzi mənfi təsirləri ola bilər."

Dietoloq qeyd edir ki, artıq çəkidən azad olmaq istəyənlər daha çox konservləşdirilmiş ton balığından istifadə edirlər:

"Bu balığın tərkibində civənin miqdarı yüksək ola bilər. Nəticədə balıqda olan elementlər öz faydasını itirir. Digər tərəfdən isə qidanı uzun müddət saxlamaq üçün tərkibinə mütləq kimyəvi qatqılar əlavə edilir. Bu isə orqanizmə mənfi təsir göstərir. Yağda hazırlanan konservlər daha kalorilidir. Məsələn, yağda olan ton balığından deyil, suda olan növündən istifadə etmək daha doğrudur."

Həkim-dietoloq qeyd edir ki, bu tip məhsullarda şəkər və duzun miqdarı yüksək olur:

"Ona görə konservləşmiş qida seçərkən mütləq üzərində qeyd edilən maddələrin siyahısına və istifadə qaydasına diqqət etmək lazımdır. Çünki uzun müddət kimyəvi maddələrin təsirində qalan bu cür qidalar orqanizmdə üək-damar xəstəliklərinə, hormonal pozğunluğa, diabet və piylənmə kimi problemlərə səbəb ola bilər. Konservi məhsulları kalorilidir və istifadə edərkən miqdarına diqqət etmək lazımdır."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 819   Tarix: 13 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483