Müəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTO

Müəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTOPakistanlı müəllim saçlarını uzun saxladığı üçün həbs olunub.

Bununla bağlı "Vice" xəbər yayıb.

Həm də teatr aktyoru olan 28 yaşlı Abuzər Madhu polislər tərəfindən küçədə gündə üç dəfə yoxlanıldığını, amma buna qədər heç vaxt saxlanılmadığını bildirib.

Bir dəfə isə polis onu buraxmayıb. Zabitlər onun görünüşünün peşəsi ilə uyğun gəlmədiyini deyiblər.

"Siz özünüzü güzgüdə görmüsünüz? Uşaqlara bu görünüşdə necə dərs keçmək olar? Siz buna görə cəzalandırılacaqsınız", - deyə onlar bildiriblər.

Polis məntəqəsində gəncin çantasından ancaq dərs kitabları olsa da Madhu gecəni həbsxanada keçirməli olub.

Müəllim bu olanlara etiraz kimi saçlarının uzunluğunu saxlamaq niyyətində olduğunu bildirib.

"Gələcəkdə saçlarımı kəsdirməli olsam, bu ancaq mənim dəyişiklik istədiyim üçün olacaq. Heç bir zaman bunu qorxumdan etməyəcəyəm", - deyə o bildirib.(oxu.az)

Müəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTOMüəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTOMüəllim saçlarını uzatdığı üçün həbs olundu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1021   Tarix: 12 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti