Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNATDaxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, nazirin əmri ilə polis mayoru Mais Məmmədov Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş