Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTO

Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTOLondonda Nikolas De Santis adlı sahibkarın ürəyi 21 dəqiqəlik dayanıb, lakin 22 yaşlı qızı Alaya onu ölümdən xilas edib.

Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTOBiG.AZ xəbər verir ki, bu barədə "Metro" yazır.

Belə ki, 2019-cu ilin dekabr ayında iş adamı sinəsində narahatlıq hiss edib, lakin bunu soyuqdəymədən olduğunu düşünərək əhəmiyyət verməyib.

2020-ci ilin aprel ayının 2-də Alaya Amerikaya yollanmadan öncə atasına baş çəkmək üçün onun evinə gəlib.

Qızı gəldikdən bir müddət sonra kişi huşunu itirərək yerə yıxılıb. Alaya dərhal təcili tibbi yardıma zəng edərərək həkim təlimatıyla atasına süni nəfəs verib.

Hadisə yerinə gələn həkimlər Sntisi xəstəxanaya yerləşdiriblər. Məlum olub ki, xəstə şah damarı tıxandığı üçün huşunu itirib.

O, süni koma vəziyyətinə salınaraq bir aya intensiv terapiya şöbəsində saxlanılıb.

Sağalandan sonra Santis onu xilas edən qızına və həkimlərə təşəkkürünü bildirib:

"Mən bu dünyanı 21 dəqiqəlik tərk etdim. Sağ qaldığım üçün çox şanslı olduğumu dərk edirəm və həyatı əvvəlkindən də gözəl hesab edirəm. Qızıma və yanımda olub mənə yardım edən hər kəsə minnətdaram".

Milli Səhiyyə Xidmətinin hesabatına görə, Santis Böyük Britaniyada xəstəxana xaricində ürəyi dayandıqdan sonra sağ qalan 8,6 faiz xəstələrdən biridir.

Qız 21 dəqiqəlik ölən atasını XİLAS ETDİ - FOTONatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1461   Tarix: 10 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti